http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Xaricə səfər zamanı ən ucuz interneti necə əldə etmək olar?

03 Avqust 2023 , 15:05
1554
Xaricə səfər zamanı ən ucuz interneti necə əldə etmək olar?

Xaricə üz tutanlar ölkədən çıxmamış bir məsələni mütləq həll etməlidirlər. Səfər edilən ölkədə internetdən kənar qalmamaq üçün mütləq bir yol tapmaq lazımdır. Əksər turistlər yerli mobil operatorların təklif etdiyi rouminq xidmətindən istifadə edirlər. Bu, baha başa gəlsə də, insanlar başqa alternativlərə üstünlük vermirlər.

“Operativ Media” xarici ölkələrdə ən ucuz interneti əldə etməyin yollarını araşdırıb. Xaricdə internet və danışıq üçün 3 seçim imkanı var: yerli operatorun təklif etdiyi rouminq imkanı, gedəcəyiniz ölkədə nömrə almaq və son zamanlar geniş yayılan e-sim proqramlarından istifadə.

Əvvəlcə Azərbaycanın mobil operatorlanın təklif etdiyi rouminq xdimətlərini müqayisə edək.

Azercell bütün rouminq internet paketlərinə “Whatsapp”da pulsuz yazışma daxil edir...İnternet paketlərinin qiyməti isə belədir:

  • 100 MB-3.90 AZN
  • 400 MB-9,90 AZN
  • 1 GB -19,90 AZN
  • 3 GB-39,90 AZN

Bakcell rouminq üçün günlük, həftəlik, aylıq paketləri təklif edir. "Whatsapp"da pulsuz yazışma bütün paketlərə daxildir.İnternet paketlərinin qiyməti isə belədir:

  • 100 MB-3 AZN
  • 1 GB -20 AZN
  • 2 GB-30 AZN

Nar Mobile-nin təklif etdiyi rouminq paketləri isə belədir:

  • 500 MB-9 AZN
  • 500 MB+50 dəqiqə danışıq-15 AZN
  • 1 GB+Whatsap pulsuz-18 AZN
  • 1 GB+ Whatsap pulsuz+100 dəqiqə-28 AZN

Ən çox istifadə olunan üsullardan biri də gedəcəyimiz ölkənin mobil nömrəsini almaqdır. Gedəcəyimiz ölkədə yeni mobil nömrə alırıqsa, bizə turist paket təklif edilir.

Azərbaycanlıların ən çox səyahət etdiyi ölkələrdən olan Türkiyədə turistlər üçün xüsusi “turist paket”ləri təqdim edilir. Ən çox istifadə ediləni isə 20GB internet+200 dəqiqə danışıq daxil olan “Turist Tanışma Paketi”dir. Vergilər daxil qiymət 401 TL-dir (25 AZN).

Avropa üçün internet qiymətləri ucuz olsa da, bizim büdcə üçün bahadır. Azərbaycanlıların vizasız gedə biləcəyi Balkan ölkələrinə baxanda bu fərqi görürük. 

Albaniyada 10GB internet+2000 dəqiqə danışıq+2000 SMS 1500 Lekedir (27AZN).

Monteneqroda 11 Avroya 50GB internet təklif edilir.

Hava limanına enən kimi internet lazımdır, nömrə almağa vaxtım və həvəsim yoxdur deyirsinizsə, “E-sim” proqramları sizin üçündür.

Ən çox istifadə olunan “Airalo” tətbiqi bu sahədə demək olar ki, ən yaxşılardandır. Tətbiq həm ölkə üzrə internet tarifi təklif edir, həm də regional olaraq. Məsələn yalnız Türkiyədə istifadə edəcəksinizsə, 10GB ineternet üçün 18 dollar ödəməlisiniz. Əgər bir neçə Avropa ölkəsinə səyahət planlayırsınızsa, Avropanın 39 ölkəsində rahat istifadə edə biləcəyiniz paket var. Belə olan halda isə 10 GB internet 37 dollara satılır. Bununla yanaşı nisbətən ucuz paketlər təqdim edən “Nomad”, “ESİM plus” kimi proqramlar da var.

OXŞAR XƏBƏRLƏR
Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu