http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - YENİLƏNİB

09 Avqust 2023 , 15:54
Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster ilə görüşüb.

Nazirlikdən "Operativ Media"ya verilən məlumata görə, iqtisadiyyat naziri Azərbaycanın Dünya Bankı ilə uğurla əməkdaşlıq etdiyini, ölkəmizdə, Bankın göstərdiyi texniki yardım və maliyyə dəstəyi layihələrinin yüksək qiymətləndirildiyini bildirib. Nazir qeyd edib ki, Dünya Bankı ilə əlaqələrimiz çoxşaxəlidir. Bankla özəl sektorun diaqnostikası, innovasiyalar, rəqəmsal inkişaf, idarəetmə texnologiyalarının inkişafı, bərpa olunan enerji və digər sahələrdə əməkdaşlıq Azərbaycanda qabaqcıl beynəlxalq təcrübənin tətbiqi, müasir texnologiya və yeniliklərin ölkəmizə gətirilməsi baxımından xüsusi önəm kəsb edir.

Ştefani Ştalmeyster ölkəmizin strateji inkişaf məqsədlərinə nail olunması istiqamətində Bankın Azərbaycan hökuməti ilə sıx əməkdaşlığı davam etdirəcəyinə əminliyini bildirib, tərəfdaşlığın yeni istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər həmçinin, Dünya Bankı ilə ölkəmiz arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələr, həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, investisiyaların təşviqi barədə müzakirə aparıb.

***

15:00

Dünya Bankı ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov tviterdə bildirib:

"Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştalmeyster ilə görüşdə Bank ilə ölkəmiz arasında əməkdaşlığın gücləndirilməsi, birgə layihələr, həmçinin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər, investisiya-ların təşviqi barədə müzakirələr apardıq".

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • Dünən
    23:50

    ABŞ-də atışma olub
  • Dünən
    23:16

    "Qalatasaray" "Fənərbaxça"nı məğlub etdi
  • Dünən
    23:06

    Zaxarova: "Ukrayna ilə bağlı sülh sammitlərində iştirak etməyəcəyik"
  • Dünən
    22:30

    Fransanın yeni hökumətinin tərkibi təsdiqlənib
  • Dünən
    21:47

    Şuşada mikroavtobus aşıb, yaralananlar var
  • Dünən
    21:12

    Zelenski: Ukrayna hələ ABŞ və Britaniyadan Rusiya ərazisinə zərbələr üçün icazə almayıb
  • Dünən
    20:37

    Parisdə Makrona qarşı nümayiş keçirilib
  • Dünən
    19:57

    Azərbaycan PL: "Turan Tovuz" evdə məğlub oldu
Menyu