http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

İranda etiraz aksiyaları səngimir

01 Oktyabr 2022 , 15:51
İranda etiraz aksiyaları səngimir

İranda hakimiyyətin tətbiq etdiyi hicab qaydasını pozduğu üçün əxlaq polisinin Məhsa Əminini qətlə yetirməsinə qarşı etiraz aksiyaları davam edir.

"Operativ Media" xəbər verir ki, bu barədə "GünAzTV" məlumat yayıb.

Qeyd olunub ki, Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərindəki universitetin tələbələri oktyabrın 1-də yerli vaxtla saat 12-də etiraz aksiyasına başlayıblar. Aksiyada hökumət əleyhinə şüarlar səsləndirilib, tələbələrə və etirazçılara qarşı repressiyaların dayandırılması tələb edilib.

İranın Əfqanıstan və Pakistanla sərhəddə yeləşən Sistan-Bəlucistan əyalətinin Zahidan şəhərində oktyabrın 1-də keçirilən etiraz aksiyası yenidən şiddətli qarşıdurmalarla müşahidə olunub. Məlumata görə, sentyabrın 30-da baş verən şiddətli toqquşmalardan sonra şəhərə əlavə qüvvələr yeridən hökumət nəzarəti ələ almaqda çətinlik çəkir. Bildirilib ki, hazırda şəhər üzərində hərbi helikopterlər uçur.

Aksiya iştirakçıları silahlı şəxslərin polis bölməsinə hücumu barədə rəsmi KİV-in yaydığı məlumatları əsassız sayaraq bunu dinc nümayişçilərə qarşı tətbiq edilən repressiyalara bəraət qazandırmaq üçün Tehran hakimiyyətinin qurduğu oyun olduğunu bildiriblər.

Qarşıdurmalar nəticəsində çoxlu sayda ölənlər və yaralananların olduğu barədə məlumatlar var. Onların sayı barədə dəqiq məlumat yoxdur. Zahidan hospitallarına çoxlu sayda ölənlər və yaralananların gətirildiyi də bildirilib.

Etiraz aksiyaları bu gün həm də paytaxt Tehranla yanaşı, Kərəc, Şiraz, Kirman, İlam, Yəzd, Rəşt, İsfahan və başqa şəhərlərdə də keçirilib.

Onlar İranın ali rəhbəri ayətullah Seyid Əli Xamənei başda olmaqla hökumətə qarşı daha radikal şüarlar səsləndiriblər.

Şərqi Azərbaycan əyalətinin Məlikan şəhərində Rumina Rəhmani adlı ictimai fəal ötən həftə övladı ilə birgə iki aylıq zindana aparılmışdı.

Onun ailəsi bildirib ki, hökumət məmurları Artian adlı iki aylıq körpəni anasından ayıraraq həyat yoldaşına veriblər. Məlumata görə, Marağa zindanının təkadamlıq kamerasında saxlanılan Ruminanın ailəsi ilə telefon danışığına və övladı ilə görüşməsinə icazə verilmir. Ailəsi onun sağlıq durumundan narahat olduqlarını bildiriblər. Yaxınları gənc anaya qarşı irəli sürülən ittihamlar barədə heç bir məlumat əldə edə bilmədiklərini də qeyd ediblər.

OXŞAR XƏBƏRLƏR
Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Rəsmi Bakı: ABŞ Konqresinin Komissiyasında keçirilən dinləmələrin məqsədi münasibətləri gərginləşdirməkdir

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Pezeşkian: "ABŞ öz maraqlarını güdərək müstəqil dövlətlərin daxili işlərində nifaq salmaq planı qurur"

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

Muxtar Babayev BMT-nin Qaçqınlar üzrə Ali Komissarının İqlim fəaliyyəti üzrə xüsusi məsləhətçisi ilə görüşüb

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu