http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Qazaxıstan gələn ildən Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqlinə başlayacaq

10 Noyabr 2022 , 15:31
Qazaxıstan gələn ildən Bakı-Tbilisi-Ceyhan kəməri ilə neft nəqlinə başlayacaq

Qazaxıstan 1 yanvar 2023-cü il tarixindən etibarən Bakı-Tbilisi-Ceyhan (BTC) kəməri ilə neft nəqlinə başlayacaq.

"Operativ Media" xəbər verir ki, bu barədə Qazaxıstanın Baş naziri Alixan Smailov ölkə parlamentinin plenar iclasından sonra keçirdiyi brifinqdə bildirib. O, qeyd edib ki, Qazaxıstanın neft nəqlinin diversifikasiyası ilə bağlı xüsusi proqram hazırlanılıb. Proqrama əsasən Qazaxıstan nefti Aktau limanından Bakı limanına çatdırılacaq və buradan BTC vasitəsilə nəql ediləcək.

“Bakı limanı vasitəsilə Qazaxıstan nefti Bakı-Supsa və Bakı-Batumi neft kəmərləri ilə nəql edilə bilər. Atıraudan Batumiyə və Özbəkistana dəmir yolu xətti də var. Bir də Çin istiqaməti var. Hazırda biz bu istiqamətlərdə neft ixracı potensialının genişləndirilməsi və artırılması üzərində işləyirik. Bakı-Tbilisi-Ceyhan istiqamətinə gəldikdə isə, biz 1 yanvar 2023-cü ildən etibarən 1,5 milyon ton neftin nəqlinə dair razılaşma əldə etmişik.”, - deyə Baş nazir bildirib.

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
Menyu