http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Teleqramın yaradılmasınan 10 il keçir

14 Avqust 2023 , 13:53
Teleqramın yaradılmasınan 10 il keçir

Bu gün ən populyar sosial şəbəkələrdən biri də "Telegram"dır.

“Bax-keç jurnalistikası”nın prinsiplərinə uyğun olaraq Teleqram platforması xəbər kanalları üçün də ideal məkandır. Böyük həcmli faylların göndərilməsi, limitsiz sayda faylların göndərilməsi zamanı keyfiyyətin qorunması, mesajların istənilən vaxt qarşılıqlı silinməsi və s. Teleqramı digər sosial şəbəkələrdən fərqləndirən xüsusiyyətlərdəndir. Proqram “Google Play” və “App Store”dan asanlıqla yüklənilə bilir.

14 avqust 2013-cü ildə veb-saytı və aplikasiyası istifadəyə verilən Telegram artıq 10 ildir istifadəçilərinin ixtiyarındadır.

“Operativ Media” rus proqramisti Pavel Durov tərəfindən yaradılan mesajlaşma platforması haqqında 10 maraqlı xüsusiyyətləri təqdim edir:

1. Teleqram mesajlarınızı vaxtında göndərməyə imkan yaradır. Belə ki, istənilən mesajın göndərimini unutmamaq üçün ona göndəriş vaxtı təyin edə, daha sonra “göndər” düyməsini basıb saxlayaraq "mesajı planlaşdır" seçimini edə bilərsiniz.

2. Təsadüfi qruplara qoşulmaq istəmirsinizsə, “Məxfilik və təhlükəsizlik” bölməsində seçim var ki, burada siz yalnız qoşulmuş insanlar tərəfindən qruplara əlavə edilə bilərsiniz.

3. Teleqram bir proqram daxilində birdən çox hesabı eyni vaxtda istifadə etməyə imkan verir. bunun üçün ekranı sağa sürüşdürərək "hesab əlavə et" seçiminə klikləmək lazımdır. 

4. Böyük bir söhbət qrupunuz varsa, mesajları növbəyə qoya bilərsiniz. Bununla siz bildirişlərin sıxlığından qurtula və vacib məlumatların itməsinin qarşısını ala bilərsiniz. Admin olduğunuz qrupun parametrlərindən mesajın yavaşlama rejimini aktivləşdirmək mümkündür. Bu xüsusiyyət sayəsində 10 saniyədən 1 saata qədər intensivliyi seçmək imkanınız olacaq.

5. Teleqramda söhbət ekranını bağlamadan yutubda axtarış etmək mümkündür. Bunun üçün etməli olduğunuz şey axtardığınız videonun linkini tapmaq üçün mesaj bölməsinə “@youtube” yazaraq müvafiq məzmunun başlığını axtarmaqdır. Daha sonra nəticələrə görə istədiyiniz videonu asanlıqla qarşı tərəfə göndərə bilərsiniz.

6. Teleqramda göndərilən bir mesajın üçüncü şəxsə yönləndirilməsini bağlamaq olur. 

7. Teleqramda söhbət qovluqları yarada və asanlıqla qovluqlar arasında keçid edə bilərsiniz. 

8. Müxtəlif botlar vasitəsilə digər sosial platformalarda olan postların linkini qeyd edərək onları yükləyə bilərsiniz. 

9. Bu proqram vasitəsilə son görünmə vaxtınızı istədiyiniz şəxsə bağlaya və yaxud istədiyiniz şəxs üçün açıq qoya bilərsiniz. 

10. Tətbiqdə istifadə etdiyiniz hesabı müəyyən müddətdən sonra silmək üçün vaxt təyin edə bilərsiniz. Bunun üçün parametrlərdə məxfilik və təhlükəsizlik bölməsini tapmaq və "hesabı avtomatik silmək" seçimini aktivləşdirməkdir. 


Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır

Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır

Bayden Ağ Evdə Zelenskini qəbul edəcək

Bayden Ağ Evdə Zelenskini qəbul edəcək

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu