http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Yeni dərman zavodunun açılışı qiymətlərə necə təsir edəcək? - İqtisadçı şərhi

15 Avqust 2023 , 20:24
Yeni dərman zavodunun açılışı qiymətlərə necə təsir edəcək? - İqtisadçı şərhi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonunda “Diamed” dərman istehsalı zavodunun açılışında iştirak edib. Açılışda iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Diamed Development Group” MMC-nin təsisçisi Aytən Quliyeva dövlət başçısına görülən işlər barədə məlumat veriblər.

Bəs Azərbaycanda dərman istehsalı zavodunun açılması qiymətlərə necə təsir edəcək? 

Bu barədə iqtisadçı-ekspert Eldəniz Əmirov “Operativ Media”ya açıqlamasında bildirib ki, bu müəssisənin açılışı nəticəsində ölkədə dərman preparatlarının qiymətinin aşağı enməsi ilə bağlı gözləntisi yoxdur. 

Ekspert qeyd edib ki, dərman istehsalı zavodunun açılması yeni iş yeri yaradılması, o cümlədən məşğulluğun təmin olunmasına və xammal təchizatının həyata keçirilməsi üçün alt sahələrin inkişafına öz təsirini göstərəcək:

“Azərbaycanda milli təhlükəsizlik və hərbi hərbi xəbərlər istisna olmaqla, ən yaxşı xəbəri isə hansısa müəssisənin açılmasıdır. Bu baxımdan sözügedən dərman müəssisəsinin açılışı sözün həqiqi mənasında çox ciddi bir hadisədir. Bu açılış vəziyyəti acınacaqlı olan dərman istehsalı sahəsinə aiddir və təqdirəlayiq bir haldır. Ümid edirik ki, bu müəssisənin fəaliyyəti davamlı olacaqdır. Bu müəssisənin genişlənməsi, eyni zamanda dərman bazarında öz mövqeyini tutması üçün ciddi dəstəklər olunacaq və hər hansı bir istiqamətdə müdaxilələrə məruz qalmayacaqdır. Cənab Prezidentin belə bir müəssisənin açılışında iştirakı ölkə rəhbərinin bu sahəyə verdiyi önəmin bir daha göstəricisidir”. 

Onun sözlərinə görə,  xammal bazasında xaricdən asılılıq yenə də olacaq:

“Amma məhz burada istehsal olunan məhsulların müəyyən qismində təbii olaraq qiymətlərin aşağı formalaşması mümkündür. Həmçinin bu dərman zavodunun açılmasında investisiya şirkətinin,  Sahibkarlığın İnkişafı Fondunun, İqtisadiyyat Nazirliyinin və bir çox qurumların silsiləli şəkildə ciddi dəstəyi özünü göstərib. Fəaliyyətinin davamlı olacağına ümid edirik, çünki əks təqdirdə göstərilmiş bütün dəstəklər sıfıra enir ki, bunun psixoloji təsirləri də ola bilər”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
  • 10:09

    Seyfəli poliqonunda istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
  • 09:33

    Azərbaycan PL: "Səbail" "Sabah"a, "Sumqayıt" "Zirə"yə qarşı
  • 09:30

    XİN Malini təbrik edib
    XİN Malini təbrik edib
Menyu