http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Azercell abunəçilərinə xəbərdarlıq edib

15 Avqust 2023 , 20:39
Azercell abunəçilərinə xəbərdarlıq edib

“Azercell Telekom” MMC bütün abunəçilərini “WhatsApp” mesaj mübadilə sistemi və digər kanallar üzərindən göndərilən şübhəli məzmunlu keçidlərə və ismarışlara reaksiya verməməyə çağırır. Bildiririk ki, müvafiq məzmunun “Azercell Telekom” MMC-yə heç bir aidiyyəti yoxdur. Yarana biləcək əlavə xərclərin qarşısını almaq üçün “Azercell Telekom” MMC öz abunəçilərinə şübhəli zənglərə və SMS-lərə cavab verməməyi, etibar doğurmayan internet resurslardan istifadə etməməyi, həmçinin cihaz və nömrə ilə bağlı təhlükəsizlik tədbirlərinə əməl etməyi, telefonları nəzarətsiz qoymamağı, xidmətlərdən istifadə ilə əlaqədar əldə edilən şifrələri 3-cü şəxslərə bildirməməyi, şübhəli məzmunlu müxtəlif oyun, yarışma və sairdən yararlanmamağı tövsiyə edir.

Bu barədə "Operativ Media"ya şirkətdən bildirilib.

"Xüsusən də, abunəçilərə istifadə etdikləri mesaj mübadilə sistemləri (“WhatsApp”, “Telegram”, “WeChat” və s.) və sosial şəbəkələrdə (“Facebook”, “İnstagram”, “Reddit”, “TikTok” və s.) təhlükəsizlik tədbirlərinin artırılması məqsədilə ikiqat autentifikasiyanın aktivləşdirilməsi tövsiyə edilir. Müvafiq hesablarınıza icazəsiz giriş/müdaxilə halları aşkar edildikdə, hesabın bərpası üçün dərhal tədbirlər görün, autentifikasiya üçün birdəfəlik şifrənin (OTP: ONE TIME PASSWORD) əldə edilməsi üsulunu SMS üzərindən deyil, daha təhlükəsiz hesab edilən telefon zəngi vasitəsilə dəyişdirin. Hər hansı çətinliklə qarşılaşdıqda dərhal bu barədə müvafiq tətbiqin tənzimlənməsi bölümündən (ayarlar/settings/настройки) aidiyyəti sosial şəbəkə/mesaj mübadilə sisteminin Yardım Mərkəzinə müraciət edin", - deyə qeyd edilib.

OXŞAR XƏBƏRLƏR
Mobil telefonlar hansı hallarda partlaya bilər?

Mobil telefonlar hansı hallarda partlaya bilər?

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və İtaliya arasında nəqliyyat və İKT sahəsində əməkdaşlıq müzakirə edilib

Allahverən İsmayılov: Hakerlər daha çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

Allahverən İsmayılov: Hakerlər daha çox fərdi, maliyyə məlumatlarını və dövlət sirlərini hədəf alırlar

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu