http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Erməni idmançı azərbaycanlı rəqibi ilə döyüşə çıxmaqdan imtina edib

11 Noyabr 2022 , 11:30
Erməni idmançı azərbaycanlı rəqibi ilə döyüşə çıxmaqdan imtina edib

Erməni idmançı Armen Quşçiyan Polşanın Keltse şəhərində keçirilən boks üzrə beynəlxalq turnirdə azərbaycanlı rəqibi ilə döyüşə çıxmaqdan imtina edib.

"Operativ Media" xəbər verir ki, bu səbəbdən Azərbaycan təmsilçisi Məsud Yusifzadə (51 kq) döyüş keçirmədən yarımfinala yüksəlib.

Yusifzadə finala gedən yolda macarıstanlı İştvan Qerzennı ilə üz-üzə gələcək. Bu döyüş noyabrın 12-də baş tutacaq.

16 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 2 üzvü mübarizəyə qoşulub.

Millinin uğurlu seriyasını Ümid Rüstəmov (57 kq) da davam etdirib. Təcrübəli boksçu 1/4 final mərhələsi çərçivəsində Tirzoman Eysebyu (Rumıniya) ilə qarşılaşıb və döyüşdən qalib ayrılıb. O, noyabrın 12-də keçiriləcək yarımfinalda Şon Persellə qüvvəsini sınayacaq.

75 kq çəki dərəcəsində mübarizə aparan Mirşərif Kazımzadə (75 kq) isə Bartoş Qolebyevski (Polşa) ilə qarşılaşıb. Rəqib qələbə qazandığından Kazımzadə yarışla vidalaşıb.

Qeyd edək ki, yarışın ilk günündə Eldar Quliyev (86 kq) də qələbə qazanıb. Turnirdə final döyüşləri noyabrın 13-də olacaq.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu

I Liqa: "Qəbələ" 5 qolla qazandı

I Liqa: "Qəbələ" 5 qolla qazandı

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

Azərbaycan Kubokunun püşkatma mərasiminin vaxtı bilindi

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu