http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

SOCAR və “Uzbekneftegaz” rəhbərləri arasında görüş olub

21 Avqust 2023 , 20:33
SOCAR və “Uzbekneftegaz” rəhbərləri arasında görüş olub

SOCAR prezidenti Rövşən Nəcəf Azərbaycan-Özbəkistan Biznes Forumu çərçivəsində Özbəkistanın “Uzbekneftegaz” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Baxodirjon Sidiqov ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycan ilə Özbəkistan arasında enerji sektorunda əməkdaşlığın genişləndirilməsinə dair verilən tapşırıqların icrası istiqamətində mühüm addımların atıldığı vurğulanıb. Bu xüsusda, 18 iyul tarixində Şuşada keçirilən Azərbaycan-Özbəkistan hökumətlərarası komissiyanın son iclası çərçivəsində SOCAR ilə “Uzbekneftegaz” arasında imzalanan sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib.

Görüşdə SOCAR ilə “Uzbekneftegaz” arasında neft, neft-kimya, qaz-kimya və digər neft məhsullarının ticarət və logistikası, kadrların hazırlanması üzrə əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivlərə dair müzakirələr aparılıb.

Azərbaycan-Özbəkistan Biznes Forumu çərçivəsində, həmçinin tərəflər arasında “Uzbekneftegaz”ın Azərbaycan Respublikasında neft-qaz layihələrində iştirakına dair müqavilə, o cümlədən SOCAR-ın Özbəkistan Respublikasında neft-qaz layihələrində iştirakına dair SOCAR, Özbəkistan Respublikasının Mədən və Geologiya Nazirliyi və “Uzbekneftegaz” Səhmdar Cəmiyyəti arasında əməkdaşlıq haqqında Saziş imzalanıb.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
  • 11:45

    Sabahın hava proqnozu açıqlanıb
    Sabahın hava proqnozu açıqlanıb
  • 11:30

    Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib - VİDEO
  • 11:02

    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
    Ceyhun Bayramov ABŞ-a işgüzar səfərə yola düşüb
  • 10:38

    İranda kömür mədənində partlayış olub
Menyu