http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

Bolqarıstanda Milli Assambleyaya növbədənkənar seçkilər başlayıb

02 Oktyabr 2022 , 09:43
Bolqarıstanda Milli Assambleyaya növbədənkənar seçkilər başlayıb

Bolqarıstanda bu gün ( 2 oktyabr – Red) Milli Assambleyaya (birpalatalı parlament) deputatların növbədənkənar seçkiləri başlayıb.

“Operativ Media" xəbər verir ki, yerli vaxtla səhər saat 07:00-da (Bakı vaxtı ilə 08:00 - Red) ölkədə təxminən 13 min seçki məntəqəsi açılıb ki, burada təxminən 6,7 milyon insan saat 20:00-a kimi səs verəcək.

Əksər məntəqələrdə xüsusi səsvermə aparatları quraşdırılıb. Xaricdə Bolqarıstan vətəndaşları üçün 62 ölkədə 750-yə yaxın seçki məntəqəsi fəaliyyət göstərir.

Parlamentdəki 240 yer uğrunda 22 partiya və altı koalisiyanı təmsil edən 6 624 namizəd mübarizə aparır.

Seçkilərin gedişatını 4 mindən çox müşahidəçi izləyəcək və dörd sosioloji qurumun əməkdaşları “exit-poll”un hazırlanması üzərində işləyəcək.

OXŞAR XƏBƏRLƏR
Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır

Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır

Bayden Ağ Evdə Zelenskini qəbul edəcək

Bayden Ağ Evdə Zelenskini qəbul edəcək

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib

XƏBƏR LENTİ
  • 00:10

    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
    Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
  • 00:05

    Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
  • 00:02

    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
    Azərbaycanda Dövlət Suverenliyi Günüdür
  • Dünən
    23:42

    Stoltenberq: NATO-nun qapısı Ukrayna üçün açıqdır
  • Dünən
    23:22

    Bayden Ağ Evdə Zelenskini qəbul edəcək
  • Dünən
    23:06

    Venesuela məhkəməsi Argentina prezidentinin həbsinə order verib
  • Dünən
    23:04

    Azərbaycanın futzal millisi Çexiyaya məğlub oldu
  • Dünən
    22:45

    Astarada maşın dərəyə aşıb, ölən və xəsarət alan var
Menyu