http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Koronavirusun sürətlə yayılan Eris variantı Azərbaycan üçün təhlükəlidirmi?

23 Avqust 2023 , 16:24
Koronavirusun sürətlə yayılan Eris variantı Azərbaycan üçün təhlükəlidirmi?

Ümumdünya Səhiyyə Təşkilatı son 28 gündə dünyada COVID-19 hadisələrinin 63% artdığını bildirib. İyulun 17-dən avqustun 13-dək 1,4 milyon yoluxma halı qeydə alınıb. Yaranmış vəziyyətlə əlaqədar artıq bəzi ölkələrdə  peyvəndləmə və məcburi maska rejiminə keçid nəzərdə tutulub.

“Operativ Media”ya açıqlama verən həkim infeksionist Vasif Əliyevin sözlərinə görə, virusun alt variantı sürətli yayıldığından və immunitetdən yayındığına görə təhlükəli sayılır.

“Təqdim edilən hesabat 17 iyul -13 avqust aralığını əhatə edir. Əslində dünyada hal hazırda Koronavirusun bir çox alt variantı var. Yoluxma sayının artması da bununla bağlıdır. Baxmayaraq ki, ümumi yoluxanlarıın sayında 63 faiz artım var, amma xəstəxanada yatan xəstələrin sayında artım yoxdur”.

Həkimin sözlərinə görə, pasiyentlərin arasında da ağır olan xəstələr ola bilər. EG.5 (Eris) variantla yanaşı başqa daha bir təhlükəli variant da hazırda müşahidə edilməkdədir.

“BA:86 variantı da var. Bir çox ölkələrdə bu altvariant müşahidə edilir. Yoluxma hallarının tədqiqatında 36 mutasiya variantı görülüb və hər biri də fərqlidir. Elə buna görə də ciddi nəzarət altında saxlanılır. Amma bu variant nə qədər ağır olacaq, necə olacaq bizim peyvəndlərin buna immuniteti varmı bunu artıq zaman göstərəcək”.

Vasif Əliyev onu da bildirdi ki, bu növün Azərbaycanda olması ilə bağlı rəsmi məlumat yoxdur. Amma qonşu ölkələrdə artıq aşkarlanıbsa, bizdə də olma ehtimalı var.

OXŞAR XƏBƏRLƏR
Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

İlham Əliyev: Dünyada da bilirlər ki, Xankəndi şəhəri qədim Azərbaycan yaşayış yeri olub

Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz

Prezident: Biz göstərdik ki, güclü iradə, peşəkarlıq, vətənpərvərlik olarsa, heç bir qüvvə o xalqın qabağında dura bilməz

XƏBƏR LENTİ
  • 12:35

    Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
  • 12:33

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
  • 12:31

    Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir
  • 12:30

    "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb
  • 12:19

    “Pink Accessories” valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 12:18

    Tacikistan Dəmir Yolları: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
  • 12:02

    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
  • 12:00

    İsrail səfiri Azərbaycanı təbrik edib
Menyu