http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

"Çimərlik ərazilərində təmizlik mədəniyyətini formalaşdırmaq üçün addımlar atılmalıdır"

25 Avqust 2023 , 14:16
"Çimərlik ərazilərində təmizlik mədəniyyətini formalaşdırmaq üçün addımlar atılmalıdır"

Dəniz mövsümündə insanların üz tutduğu dəniz və dənizkənarı ərazilərin natəmiz görüntüsü ürəkaçan mənzərə deyil. Sosial şəbəkələrdə paylaşılan görüntülərdən aydın olur ki, bəzi insanlar istirahət etdikləri məkanlarda ətrah mühitin təmizliyinə riayət etmirlər.

May be an image of 10 people

Sosioloq Əhməd Qəşəmoğlu "Operativ Media"ya bildirib ki, istirahət yerlərində əhalinin davranışı həmin xalq haqqında mühüm göstəricilərdən sayılır. 

Onun sözlərinə görə, bu sahədəki davranışlar hələ ki arzuolunan səviyyədə olmadığı üçün müəyyən işlər görülməlidir.

"İstirahət məkanlarında səliqəli davranmaq o xalq üçün çox müsbət bir göstərici sayılır. Davranış mədəniyyəti insanın özünün fərdi keyfiyyətləri ilə əlaqədardır. Bu problem təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə də mövcuddur. Buna görə çimərliklərin girişində böyük lövhə olmalı və yazılmalıdır ki, çimərlik ərazisində təmizliyə riayət etmək hər birimizin vətəndaşlıq borcudur. Daha irəlidəki lövhədə təmizliyə riayət etməyənlərin cərimələnəcəyi yazılmalıdır. Çünki adətən belə məsələlərdə bir tərəfdən maarifləndirməyə ehtiyac var, bir tərəfdən də müəyyən inzibati metodlara da ehtiyac duyulur. Həmçinin  ərazidə mütəmadi nəzarətçilər gəzə bilər, reproduktor hər yarım saatdan bir elan edə bilər ki, biz çimərlikdə təmizliyə riayət etmək mütləqdir. Eləcə də dəniz kənarında çoxlu zibil qutuları olmalıdır. Hətta tullantı paketləri satılmalıdır ki, insanlar gedib alsın və istifadə etsin. Bununla bağlı təlimatlar olan lövhələrin qurulması məqsədəuyğundur ki, insanlar həmin zibil torbalarını haraya atmalı olduqlarını bilsinlər".

Sosioloq qeyd edib ki, əhalidə təmizlik mədəniyyətini formalaşdırmaq xarici vətəndaşlar arasında da ölkəmizə rəğbət hissini artırır.

Sevinc İbrahimzadə

 

OXŞAR XƏBƏRLƏR
Elmi göstəriciləri yüksək olan alimlərə hər ay 1000 manatadək mükafat veriləcək

Elmi göstəriciləri yüksək olan alimlərə hər ay 1000 manatadək mükafat veriləcək

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

XƏBƏR LENTİ
  • 18:24

    "Barselona" yeni qapıçı transfer etdi
  • 18:23

    Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir
  • 18:19

    Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub
    Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub
  • 18:17

    Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək
    Azərbaycanla Pakistan arasında hava əlaqəsinə dair saziş ratifikasiya ediləcək
  • 18:11

    Belçika üç Sezar haubitsasını Ukraynaya verə bilər
  • 18:04

    İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
    İtkin düşmüş şəxslərlə bağlı Bakıda keçirilən beynəlxalq konfransın yekun bəyanatı qəbul edilib
  • 17:54

    Ukrayna və Ermənistan xarici işlər nazirləri arasında görüş keçirilib
  • 17:53

    Tehranda İsrailə hücumdan sonra SEPAH-a dəstək aksiyası keçirilir
Menyu