http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ən ucuz təyyarə biletini necə almaq olar?

25 Avqust 2023 , 15:04
928
Ən ucuz təyyarə biletini necə almaq olar?

Mövcud ölkə üzrə uçuş həyata keçirən daşıyıcı şirkətləri nəzərə alsaq, Azərbaycandan təyyarə ilə hansısa ölkəyə səfər etmək əksər hallarda ucuz başa gəlmir. Son dövrlər “WizzAir” in Bakıdan reysləri artırması ilə nisbətən bu məsələ asanlaşsa da, yenə ucuz bilet almaq üçün bir sıra amilləri nəzərə almaq lazımdır.

“Operativ Media” ucuz bilet almağın praktiki yollarını araşdırıb.

Tez duranla, tez bilet alan uduzmaz

Ucuz bilet deyəndə ilk olaraq ağıla aylar öncə alınmış bilet gəlir. Praktika göstərir ki, 28 həftə öncədən alınmış biletlər minimum 15 faiz qənaət etməyə imkan verir. Amma uçuş olan həftə yerlər dolmasa, bəzən biletlər satışa çıxarılır ki, onda da ucuz tapmaq olur. Payız və yanvar-fevral aylarında alınan biletlərlə də digər aylarda alınan biletlər arasında qiymət fərqi də hiss olunur.

Bilet satışı həyata keçirən tətbiqlərdən yararlanın

“Skyscanner”, “Flyscanner” və.s kimi bilet satışı həyata keçirən tətbiqlər bir çox hallarda endirimli biletləri təqdim edirlər. Proqram imkan verir ki, qiymət siz istəyən aralığa düşdükdə bildirim gəlsin. Belə olan halda əgər endirim olduğu halda sizə məlumat gəlir. Eyni zamanda uçuş tarixini konkret gün deyil “Flexible” tarix seçdikdə qiymətdə bu fərq hiss olunur.

Uçuş və eniş yerinin seçilməsi çox önəmlidir

Nə qədər qəribə səslənsə də, bəzən iki bilet almaq bir bilet almaqdan ucuz başa gəlir. Bir ay əvvəl Bakıdan Monteneqroya uçuş adambaşı 1800 manat idi. Eyni tarixlər isə Bakıdan-Abu-Dabi-Podqoritsa seçdikdə isə 600 manata bilet tapmaq mümkün idi.

Brauzeri mütləq təmizləyin, yoxsa hər axtarış etdikdə qiymət artacaq

Səfər etməzdən öncə hər kəs bir neçə dəfə bilet axtarır. “Google” üzərindən bir dəfə axtarış etmək kifayət edir ki, sonradan həmin marşrut üzrə qarşımıza dəfələrlə təkliflər çıxsın. Birinci axtarışda Bakı-İstanbul üzrə axtarış edib 300 manata bilet tapılırsa, avtomatik ikinci axtarışda qiymət baha olacaq. Ona görə də Shif+CTRL+N etməklə brauzeri gizli rejimə geçirtmək mütləqdir.

VPN-lə axtarış etdikdə hər zaman bir addım öndə olursunuz

Sentyabr üçün Bakı-İstanbul reysini Bakıdan axtarış etdikdə qiymət 504 manat göstərir. Eyni tarixdə uçuşu VPN istifadə edərək Sinqapurdan alırmış kimi yoxladıqda isə qiymət artıq 326 manata enir.

Tək bilet, tək sərnişin

Bir hava yolu ilə iki nəfərlik gediş-dönüş bileti axtarın. Daha sonra isə tək nəfərin yalnız gediş biletini seçin. Qayıdışı da bu qaydada etdikdə artıq qiymət fərqini görmək mümkündür.

Ən çox istifadə olunan ənənəvi üsullar

  1. Hava yolu şirkətlərinin mail qrupların üzv olun
  2. Hava yolu şirkətlərinin öz proqramlarını yükləyib, bildirimləri aktiv edin
  3. Şirkətlərin “Club” üzvlüyünə az ödənişlə abunə olun
  4. Dəyişkən tarixləri seçin
  5. Hava yolu şirkətinin təklif etidyi deyil özünüzün təyin etdiyiniz tranzit yolları seçin

 

OXŞAR XƏBƏRLƏR
Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

XƏBƏR LENTİ
  • 12:14

    “Pearl Life” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib
  • 12:01

    Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb
  • 11:55

    FHN Şəmkirdə mülki müdafiə məşqi keçirib
  • 11:51

    KİV: İranın hücumu nəticəsində İsrailin mərkəzində 100 evə ziyan dəyib
  • 11:49

    İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq
  • 11:31

    İsrailin şimalında bir saat ərzində altı dəfə hava hücumu xəbərdarlığı səslənib
  • 11:29

    Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
  • 11:26

    Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib
Menyu