http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Fransa Qarabağ ermənilərinə yardım üçün BMT Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyi planlaşdırır

25 Avqust 2023 , 16:08
Fransa Qarabağ ermənilərinə yardım üçün BMT Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyi planlaşdırır

“Fransa Qarabağ ermənilərinə yardım üçün BMT Təhlükəsizlik Şurasına yeni qətnamə təqdim etməyi planlaşdırır".

Bunu “Operativ Media”ya açıqlamasında politoloq Zaur Məmmədov deyib.

Növbəti dəfə dünyanın bölünməsinin şahidi oluruq” - Zaur Məmmədov Yeni Sabah

Politoloq bildirib ki, yayılan məlumatlara görə, Paris BMT Təhlükəsizlik Şurası və Avropa İttifaqı Xarici İşlər Nazirləri toplantısında Azərbaycana qarşı qərarların verilməsi üçün addımlar atacaq.

“Çox təəssüflər olsun ki, biz ərköyün Makronun Azərbaycana qarşı yenə də düşmənçilik siyasətini görməkdəyik. Fransa Avropa Şurasının Nazirlər Şurasını toplayaraq orada Laçın yolu ilə bağlı müzakirə etmək niyyətindədir. Eyni zamanada BMT təhlükəsizlik şurasında Azərbaycanla bağlı qətnamənin qəbul edilməsində israrlıdır. Amma nə Fransa, nə Ermənistan buna nail ola biləcək. Bütün cəhdlər boşa çıxacaq. Çünki Azərbaycanın haqlı mövqeyi bir çox xarici dövlətlər tərəfindən dəstəklənir. Biz bunu BMT Təhlükəsizlik Şurasının ötən iclasında da şahidi olduq”.

Zaur Məmmədov Fransanın Laçın yolu vasitəsilə Qarabağda yaşayan ermənilər üçün humanitar yüklər göndərmək istəyinə də münasibət bildirib. O, qeyd edib ki, Fransanın Azərbaycanın daxili işlərinə qarışması qəbuledilməzdir.

“Çox təəssüflər olsun ki, hazırda Fransa höküməti tərəfindən guya ki, yardım adı ilə Laçın rayonu istiqamətinə humanitar xarakterli yükün göndərilməsi ilə bağlı məlumatlar var. Bu birbaşa olaraq Azərbaycanın daxili işlərinə, suverenliyinə qarışmaqdır. Kobudcasına Azərbaycana qarşı düşmənçilik siyasətinin ortaya qoyulmasıdır. Biz görürük ki, Fransanın əməlləri sülh danışıqlarına böyük zərbə vura bilər. Hazırda açıq-aşkar şəkildə Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiya edilməməsi üçün erməni-fransız planı həyata keçirilir. Bu bəzi Qərb və regional dövlətlərin maraqlarına uyğundur. Lakin bütün beynəlxalq dairələr bilməlidirlər ki, qeyri-adekvat addımların atılması Azərbaycanı hüququn bərpa olması üçün radikal addımlar atmağa vadar edə bilər”.

OXŞAR XƏBƏRLƏR
Kamran Əliyev Sinqapur Respublikasının Baş Prokuroru Lüsyen Vongla görüşüb

Kamran Əliyev Sinqapur Respublikasının Baş Prokuroru Lüsyen Vongla görüşüb

İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq

İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq

Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

XƏBƏR LENTİ
  • 12:22

    Kamran Əliyev Sinqapur Respublikasının Baş Prokuroru Lüsyen Vongla görüşüb
  • 12:14

    “Pearl Life” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib
  • 12:01

    Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb
  • 11:55

    FHN Şəmkirdə mülki müdafiə məşqi keçirib
  • 11:51

    KİV: İranın hücumu nəticəsində İsrailin mərkəzində 100 evə ziyan dəyib
  • 11:49

    İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq
  • 11:31

    İsrailin şimalında bir saat ərzində altı dəfə hava hücumu xəbərdarlığı səslənib
  • 11:29

    Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
Menyu