http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Prezident və birinci xanım Kəlbəcərdə “Soyuqbulaq” KSES-in açılışında iştirak edib - YENİLƏNİB

25 Avqust 2023 , 18:48
Prezident və birinci xanım Kəlbəcərdə “Soyuqbulaq” KSES-in açılışında iştirak edib - YENİLƏNİB

Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər.

“Operativ Media”  xəbər verir ki, dövlət başçısı və birinci xanım “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 MVA gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak ediblər.

“AzərEnerji” ASC-nin prezidenti Baba Rzayev dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya stansiyada görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Kəlbəcər rayonunun ərazisindən keçən bol sulu Tərtər çayı üzərində yerləşən “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası “AzərEnerji” tərəfindən tamamilə yenidən qurulub. Ərazini tərk edən düşmən tərəfindən tamamilə dağıdılan bu stansiyada bütün avadanlıq və yararlı hissələr sökülərək daşınıb, daşınması mümkün olmayan hissələr isə məhv edilib. İşğaldan azad edilən ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi ilə bağlı dövlətimizin başçısının tapşırığına uyğun olaraq, əsasən “AzərEnerji” tərəfindən su elektrik stansiyasının baş suqəbuledici qurğusu, 6 kilometr uzunluğunda derivasiya boru xətti, maşın zalı yenidən qurulub. Stansiyada Avropa istehsalı olan yaşıl sertifikatlı, iki müasir ekoturbin, generatorlar, idarəetmə və avtomatika panelləri quraşdırılıb. Stansiyanın enerjisistemə inteqrasiyası üçün uzunluğu 6 kilometr olan 6 kV-luq kabel xətti çəkilib və eyni zamanda, optik kabel xətti ilə də əlaqələndirilib. Ərazidə fors-major hallar üçün ehtiyat dizel generatoru da quraşdırılıb.

Dövlət başçısı “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasını işə salıb.

Qeyd edilib ki, “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyası enerjisistemə tam inteqrasiya olunmaqla məsafədən idarəetməyə imkan verən mərkəzləşdirilmiş SCADA sisteminə qoşulub. Stansiyada il ərzində 15,5 milyon kilovat-saat elektrik enerjisi istehsal olunacaq.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

İranda 5 günlük matəm elan olunub

İranda 5 günlük matəm elan olunub

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi “Farmaniya.com” dələduzluq pramidasını ifşa edib

XƏBƏR LENTİ
  • 10:04

    İcma: Ermənistandan Qərbi azərbaycanlıların qayıdış hüququna hörmət etməyi tələb edirik
  • 09:58

    Polis paytaxtın Xəzər və Nəsimi rayonlarında dələduzluqda şübhəli bilinən 3 nəfəri saxlayıb
  • 09:56

    Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə qarşı
  • 09:53

    Qobuda aşkar edilən hərbi sursatlar FHN-in XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən ərazidən kənarlaşdırılıb
  • 09:41

    Ötən gün 6 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:25

    Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub
  • 09:07

    Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb
  • 09:06

    Şəmkirdə yeniyetmə qətlə yetirilib
Menyu