http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

FHN Lənkəranda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib

26 Avqust 2023 , 11:37
FHN Lənkəranda yanğın təhlükəsizliyi ilə bağlı maarifləndirmə tədbirləri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, yanğın təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirləri davam etdirir.

FHN-dən “Operativ Media” ya verilən xəbərə görə, Lənkəran Tibb Kollecində, Lənkəran şəhər 1 saylı Ailə Sağlamlıq Mərkəzi və Lənkəran şəhər 5 saylı körpələr evi - uşaq baxçasında, Hirkan Milli Parkında, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Yardımlı və Masallı meşəbəyliyində yanğına qarşı maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərdə yanğınların baş vermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Həmçinin, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin 23 saylı dolayında, Cəlilabad və Yardımlı meşəbəyliyində yanğından mühafizə məqsədilə şumlama və meşə dolayına yanğın avtomobillərinin sərbəst yanaşması üçün torpaq yolların salınması işləri aparılıb. Bundan başqa, Lənkəran şəhər, 20 Yanvar küçəsində, Astara şəhər, 28 May küçəsində, Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin Masallı meşəbəyliyində isəequru otların, kol-kos və məişət tullantılarının təmizlənməsi təmin olunub.

OXŞAR XƏBƏRLƏR
Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub

Qubada yük maşını aşıb

Qubada yük maşını aşıb

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq

XƏBƏR LENTİ
  • 03:38

    Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik
  • 02:17

    Şarl Mişel İranın İsrailə hücumunu pisləyib
  • 00:13

    İsrail: Yaxın Şərqdəki hədəflərə ağır zərbələr endiriləcək
  • Dünən
    23:30

    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
  • Dünən
    23:20

    İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib
  • Dünən
    23:10

    Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
  • Dünən
    23:05

    BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib
  • Dünən
    22:55

    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
Menyu