http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir - TƏBİB

26 Avqust 2023 , 12:29
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir - TƏBİB

Bu ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni növ koronovirus pandemiyasının başa çatdığını elan etsə də, son günlər bir çox ölkələrdə COVID-19-un yeni ştamına yoluxanların sayının artması problemin hələ də aktual olduğunu sübut edir. Son məlumata görə, həmin virusa dünyanın 110 ölkəsində təsadüf olunur. Yeni ştamın çox böyük sürətlə artması ÜST tərəfindən həyəcan təbili çalınmasına və karantin rejiminin yenidən sərtləşdirilməsinə əsas yaradır.

“Operativ Media” xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) əməkdaşı Turan İbrahimova deyib.

“Digər variantlarla müqayisədə, xəstəliyin ötürülmə yolları, klinik əlamətləri və yaxud müalicəyə tabe olmağında heç bir fərq müşahidə olunmur. Lakin digər variantlarla müqayisədə, daha yüksək mutasiya qabiliyyətinə malik olduğuna görə yoluxduruculuq qabiliyyəti çoxdur. Ümumdünya Səhiyyə Təşkilatı Tərəfindən EQ.5 variantı qlobal ictimai səhiyyə qarşısında aşağı riskli olaraq dəyərləndirilib”, - o qeyd edib.

T.İbrahimovanın sözlərinə görə, buna baxmayaraq, yüksək risk qrupuna daxil olanlar üçün bu bəyanat qorunma tədbirlərini azaltmaq və diqqətsiz davranmağa əsas olmamalıdır:

"Hospitalizasiya riski yüksək olanlar hər zaman müvafiq tədbirlərlə özlərini qorumağa davam etməlidirlər. Qarşıdan payız ayları gəlir. Bu, o deməkdir ki, təhlükə hələ qarşıdadır, çünki payız aylarında virusa yoluxma sayı daha da artır".

Tibb üzrə fəlsəfə doktoru Abbas Bağırov deyib ki, EG.5 mutasiyasının öskürək, burun axması, boğaz ağrısı, qızdırma, şiddətli yorğunluq kimi klassik əlamətləri var:

“Əvvəlki dövrdə virusa qarşı aparılan mübarizə tədbirləri yenə aktualdır. Əhalinin xeyli hissəsi virusa qarşı peyvənd olduğuna görə orqanizmdə müəyyən qədər immunitet var. Lakin koronavirusun xarakteri elədir ki, meydana çıxan yeni – hansı formada bəlli olmayan əlamətlərdir. Ona görə də çox insanın olduğu məkanlardan uzaq olmaq, spirt və digər gigiyenik vasitələrdən istifadə etmək, qoruyucu maskalardan istifadə ən mühüm amillərdən biri olaraq qalır”.

Qeyd edək ki, koronavirus daim mutasiyaya uğrayır və onun yeni ştamlarının ortaya çıxması dünya əhalisini narahat edir. Ümumdünya Səhiyyə Təşkilatının hesabatında son bir ayda dünyada COVID-19-a yoluxanların 63 faiz artdığı bildirilir. Təkcə son bir həftədə 1,4 milyon yoluxma halı qeydə alınıb.

Xatırladaq ki, COVID ilk dəfə 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində qeydə alınıb. Artıq 2020-ci ilin yanvar ayının axırlarında Ümumdünya Səhiyyə Təşkilatı epidemiyanı fövqəladə vəziyyət kimi tanıdı və mart ayında pandemiya elan edildi. Ölkəmizdə isə ilk yoluxma 2020-ci ilin fevralına təsadüf edib.

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 12:19

    “Pink Accessories” valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 12:18

    Tacikistan Dəmir Yolları: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
  • 12:02

    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
  • 12:00

    İsrail səfiri Azərbaycanı təbrik edib
  • 11:57

    Ufuk Yalçın: Orta dəhlizdə üzərimizə düşən vəzifəni Azərbaycanla birgə yerinə yetirəcəyik
  • 11:56

    Azərbaycan XİN Nepalı təbrik edib
  • 11:52

    Avropanın yeraltı qaz anbarlarında qaz ehtiyatlarının həcmi 93,5%-ə yaxındır
  • 11:51

    İlham Əliyev: Biz işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır
    İlham Əliyev: Biz işğaldan, hətta müstəmləkəçilikdən əziyyət çəkən xalqlara göstərdik ki, inamla yaşamaq lazımdır
Menyu