http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 14 ° C

Xarici işlər nazirinin müavini Avstriyaya getdi

26 Avqust 2023 , 12:59
Xarici işlər nazirinin müavini Avstriyaya getdi

22-25 avqust 2023-cü il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev Avstriya Respublikasına səfəri baş tutub.

“Operativ Media” xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər zamanı F.Rzayev Avstriya Respublikasının Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin (UNOOSA) direktoru vəzifələrini icra edən Niklas Hedman ilə ikitərəfli görüşlər keçirib, BMT-nin Vyana bölməsində “Azərbaycanın kosmik fəzada yeri: 74-cü Beynəlxalq Avtronovtika Konqresi, Bakı Azərbaycan” başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.

Avstriya Respublikasının Avropa və Beynəlxalq Məsələlər üzrə Federal Nazirliyinin baş katibi Peter Launskiy-Tiffenthal ilə keçirilmiş görüşdə Azərbaycan ilə Avstriya arasında ikitərəfli münasibətlər, siyasi, iqtisadi, və humanitar sahələrdə, o cümlədən, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Qarşı tərəf post-münaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycanın regionda sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində davamlı fəaliyyəti, habelə Ermənistan tərəfindən törədilən təxribatlar barədə məlumatlandırılıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi ilə baş tutmuş görüş zamanı Azərbaycan ilə AEBA arasında inkişaf edən əməkdaşlıq münasibətləri, nüvə texnologiyalarının sülh məqsədləri üçün istifadəsi, AEBA-nın texniki əməkdaşlıq proqramı çərçivəsində Azərbaycanda həyata keçirlən layihələr, o cümlədən, kənd təsərrüfatı sahəsində nüvə texnologiyalarının tətbiqi ilə əldə olunan uğurlu təcrübələr barədə geniş müzakirələr aparılıb.

BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktoru vəzifələrini icra edən Niklas Hedman ilə keçirilmiş görüşdə UNOOSA ilə Azərbaycan arasında mövcud olan uğurlu əməkdaşlıq münasibətlərinə diqqət çəkilib. Son dövrlər Azərbaycanın kosmik sənaye sahəsində sürətlə inkişaf edən ölkələrdən birinə çevirildiyi və mühüm uğurlara imza atdığı vurğulanıb. Kosmik sənaye sahəsində dünyada ən böyük tədbir olan Beynəlxalq Avstronovtika Konqresinin Azərbaycanda keçirilməsinin bunun bariz nümunəsi olduğu bildirilib.

Səfər çərçivəsində F.Rzayev BMT-nin Vyana bölməsində “Azərbaycanın kosmik fəzada rolu: 74-cü Beynəlxalq Avtronovtika Konqresi, Bakı Azərbaycan” başlığı altında keçirilən sərginin açılış mərasimində iştirak edib.

Tədbirdə çıxış edən nazir müavini Azərbaycanın kosmik sənaye fəaliyyətləri barədə ətraflı məlumat verib.

F.Rzayev 2023-cü ilin Azərbaycanda Heydər Əliyev ili elan olduğunu vurğulayaraq, məhz bu il 74-cü Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsinin Ümummilli liderin anadan olmasının 100 illiyinə təsadüf etməsinin ölkəmiz üçün əhəmiyyətini diqqətə çatdırıb. Həmçinin, qeyd olunub ki, məhz 50 il əvvəl, 1973-cü ildə Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin Azərbaycana rəhbərliyi zamanı ölkəmiz 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib.

F.Rzayev ölkəmizin müstəqilliyinin ilk illərində Ümummilli Liderin Azərbaycanın həyatında oynadığı misilsiz rol barədə məlumat verib və bu gün ölkəmizin bütün sahələrdə, o cümlədən kosmik sənaye sahəsində əldə etdiyi nailiyyətlərinin H.Əliyevin uzaqgörən siyasətinin və strategiyasının bəhrəsi olduğunu vurğulayıb.

Həmçinin, Azərbaycanın kosmik fəza sahəsində əldə etdiyi təcrübə və uğurların işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması istiqamətində müvəfəqqiyyətlə tətbiq edildiyi bildirilib.

Tədbirdə, BMT-nin Kosmik Fəza Məsələləri İdarəsinin direktoru vəzifələrini icra edən Niklas Hedman, BMT-nin Vyana ofisinin icraçı direktoru adından tədbirdə iştirak edən Jean Luc Lemahieu, 74-cü Beynəlxalq Astronavtika Konqresinin layihə rəhbəri və "Azərkosmos"un departament rəhbəri Rəna Cəfərova, Beynəlxalq Astronavtika Federasiyasının keçmiş prezidenti Pascale Ehrenfreund və digər qonaqlar çıxış edib və Azərbaycanın kosmik sahədə əldə etdiyi nailiyyətlərə və Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyəti vurğulanıb.

OXŞAR XƏBƏRLƏR
XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

XƏBƏR LENTİ
  • 03:38

    Herzi Halevi: İranı cavab hücumu ilə təəccübləndirəcəyik
  • 02:17

    Şarl Mişel İranın İsrailə hücumunu pisləyib
  • 00:13

    İsrail: Yaxın Şərqdəki hədəflərə ağır zərbələr endiriləcək
  • Dünən
    23:30

    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: ABŞ Ermənistandan cinayətlərin araşdırılmasını tələb etməlidir
  • Dünən
    23:20

    İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib
  • Dünən
    23:10

    Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
  • Dünən
    23:05

    BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib
  • Dünən
    22:55

    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
Menyu