http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib

26 Avqust 2023 , 18:35
Zabuxa köçürülən ailələrə mənzillərinin açarları təqdim edilib

Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən Laçın rayonunun Zabux kəndinə yola salınan ilk köç karvanı ünvana çatıb. Yeni köçürülən ailələrə mənzillərinin açarlarının təqdimat mərasimi keçirilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən "Operativ Media"ya bildiriblər ki, tədbirdə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Komitənin rəsmiləri, Milli Məclisin deputatı Mahir Abbaszadə iştirak ediblər.

Ailələrə avqustun 7-də Dövlət Komitəsində keçirilən püşkatma zamanı müəyyənləşdirdikləri mənzillərin açarları təqdim olunub.

Zabuxlular hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

Köçürülən ailələr Zabux kəndində yenidən tikilən evlərdə məskunlaşacaqlar. Bu mərhələdə Zabux kəndinə 20 ailə - 88 nəfər köçürülüb.

Yaxın günlərdə sakinlərin kəndə köçürülməsi davam edəcək.

OXŞAR XƏBƏRLƏR
İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

XƏBƏR LENTİ
  • 21:35

    Bayden ABŞ ordusuna İranın İsrailə hücum etmək üçün atdığı raketləri vurmağı əmr edib
  • 21:29

    İranın İsrailə raket hücumlarının ikinci dalğası başlayıb - YENİLƏNİB
  • 21:17

    Təl-Əvivdə atışma nəticəsində 4 nəfər həlak olub - YENİLƏNİB
  • 21:00

    BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı iclas keçirəcək
  • 20:29

    İsrail Müdafiə naziri Lloyd Ostin ilə bölgədəki vəziyyəti müzakirə edib
  • 20:23

    Qubada yük maşını aşıb
  • 20:13

    İsrail Nazirlər Kabineti təcili toplanış qərarı verib
  • 20:05

    Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb
Menyu