http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

MİT PKK-nın İraq-Suriya xəttindəki önəmli rəhbər şəxsini zərərsizləşdirib

27 Avqust 2023 , 11:52
MİT PKK-nın İraq-Suriya xəttindəki önəmli rəhbər şəxsini zərərsizləşdirib

MİT Qara, Zap, Metina və Haftanində Türkiyə ordusuna qarşı əməliyyat keçirən terror qruplarının keçidini təmin edən PKK/KCK-lı Kadri Encunu Qara bölgəsində zərərsizləşdirib.

"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) məlumat yayıb. 

Qeyd edilib ki, MİT Kadri Encunu ilk dəfə Türkiyədə bir təxribat reallaşdırmaq üçün təşkilati işlərlə məşğul olduğu vaxtlardan izləyib. MİT daha sonra yeni missiya ilə bölgəni tərk edən Kadri Encunun izini buraxmayıb. MİT-in yerdəki agentləri uzunmüddətli araşdırmadan sonra Kadri Encunu izləməyə davam edib, nəhayət onun İraqın Qara bölgəsinə getdiyini öyrənib. Yerdəki MİT agentləri İraq-Suriya sərhədində kuryer nəzarətçisi kimi fəaliyyət göstərən Kadri Encunu burada da təqib edib.

MİT-in qurduğu agent şəbəkəsi Kadri Encunun terrorçuların İraq və Suriya arasında keçidlərində, silah və sursatların daşınmasında iştirak etdiyini öyrənib. Eyni zamanda onun Türkiyə ordusunun əməliyyatlarına qarşı əks-tədbirlərə nəzarət etdiyi məlum olub. Bundan sonra MİT onu zərərsizləşdirmək üçün üçün hazırlıqlara başlayıb.

MİT nəfəs kəsən təqibdən sonra Kadri Encunu digər təşkilat üzvləri ilə görüşdə olarkən zərərsizləşdirib.

OXŞAR XƏBƏRLƏR
Vahid Ələkbərovun sərvəti artıb

Vahid Ələkbərovun sərvəti artıb

ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 130-u ötüb

ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 130-u ötüb

Ukrayna müdafiə nazirinin 3 müavini vəzifəsindən azad olunacaq

Ukrayna müdafiə nazirinin 3 müavini vəzifəsindən azad olunacaq

XƏBƏR LENTİ
  • 11:12

    NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir
  • 11:10

    Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib
  • 11:08

    Azərbaycan nefti bahalaşıb
  • 10:56

    Vahid Ələkbərovun sərvəti artıb
  • 10:51

    FHN Gəncədə qanunsuz tikililəri söküb
  • 10:42

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
  • 10:41

    Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib
  • 10:38

    ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 130-u ötüb
Menyu