http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

27 Avqust 2023 , 12:21
İlham Əliyev Türkiyənin milli müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib.

"Operativ Media" xəbər verir ki, dövlətimizin başçısı Yaşar Gülərin Türkiyənin milli müdafiə naziri vəzifəsinə təyin edilməsini Türkiyə Prezidenti tərəfindən göstərilən böyük etimad kimi dəyərləndirib və ona vəzifəsinin icrasında uğurlar arzulayıb.

Prezident İlham Əliyev Yaşar Gülərin Azərbaycan və Türkiyə Silahlı qüvvələrinin birgə işbirliyi ilə bağlı böyük səylər göstərdiyini və töhfələr verdiyini vurğulayıb, bu işbirliyinin çox yaxşı səviyyədə olduğunu qeyd edib.

Dövlətimizin başçısı Rəcəb Tayyib Ərdoğanın Prezident seçiləndən sonra Azərbaycana həyata keçirdiyi ilk dövlət səfərinə toxunaraq, bu səfər zamanı Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışının önəmini vurğulayıb.

Xoş sözlərə görə minnətdarlığını ifadə edən Yaşar Gülər özünün və rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfərdən böyük məmnunluq və şərəf hissi duyduqlarını bildirərək, ilk növbədə Türkiyə Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırıb.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Türkiyənin milli müdafiə naziri torpaqlarımızın işğaldan azad edilməsinə toxunaraq, şəhidlərimizin ruhunu ehtiramla yad edib, Azərbaycan əsgərlərinin fədakarlıq və qəhrəmanlıqlarının heç zaman unudulmayacağını deyib.

Yaşar Gülər qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində Azərbaycanın beynəlxalq aləmin önəmli və nüfuzlu üzvünə çevrilməsi böyük qürur hissi doğurur. Nazir iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin və təmasların əlaqərimizin daha da güclənməsi işinə çox müsbət təsir göstərdiyini bildirdi və azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib.

Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

OXŞAR XƏBƏRLƏR
ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırıb

ADB dəmir yollarının rəqəmsallaşdırılması üçün Azərbaycana 47 milyon ABŞ dolları ayırıb

Baş Prokuror: Separatçılara tarixi mədəniyyət abidələrinin məhvi ilə də bağlı ittiham verilib

Baş Prokuror: Separatçılara tarixi mədəniyyət abidələrinin məhvi ilə də bağlı ittiham verilib

Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib

Kamran Əliyev prokurorluq işçilərinin peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib

XƏBƏR LENTİ
  • 11:08

    Azərbaycan nefti bahalaşıb
  • 10:56

    Vahid Ələkbərovun sərvəti artıb
  • 10:51

    FHN Gəncədə qanunsuz tikililəri söküb
  • 10:42

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
  • 10:41

    Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib
  • 10:38

    ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 130-u ötüb
  • 10:32

    Əhmədbəyli-Füzuli-Şuşa yolu innovativ inşaat metodologiyası nominasiyasında 1-ci olub
  • 10:19

    Ukrayna müdafiə nazirinin 3 müavini vəzifəsindən azad olunacaq
Menyu