http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

BDYP Ucarda ata-oğulun avtomobillərinin toqquşması qəzasının təfərrüatını açıqlayıb

28 Avqust 2023 , 15:16
BDYP Ucarda ata-oğulun avtomobillərinin toqquşması qəzasının təfərrüatını açıqlayıb

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) Ucarda ata-oğulun avtomobillərinin toqquşması qəzasının təfərrüatını açıqlayıb.

"Operativ Media" xəbər verir ki, bu barədə BDYPİ-dən bildirilib.

Məlumata görə, 27 avqust 2023-cü il tarixdə, saat 10 radələrində Ucar-Zərdab yolunun Qazyan kəndindən keçən hissəsində, 1956-cı il təvəllüdlü Əhədov Tahir Musa oğlu idarə etdiyi "VAZ-2107" markalı, 10-ME-212 dövlət qeydiyyat nişanlı avtomobillə 1.1 üfüqi nişanlanma xəttinin tələbini pozaraq geriyə dönmə üçün nəzərdə tutulmayan yerdən yaşadığı Qazyan kəndinə dönmək istəyərkən, "VAZ-2107" markalı, 61-BA-157 dövlət qeydiyyat nişanlı maşınla onunla eyni istiqamətdə hərəkət edən oğlu - 1984-cü il təvəllüdlü Abdul Əhədovla toqquşub:

"Valideynin idarə etdiyi avtomobillə yolu nəzərdə tutulmayan yerdən dönməyə cəhd edərək yaratdığı çaşqınlıq, övladın isə nəqliyyatı idarəetmə zamanı diqqətsizliyi və qarşıda gedən avtomobillə yetərincə ara məsafəsi saxlamadığı üçün təhlükədən yayına bilməməsi nəticəsində, ailə başçısı Tahir Əhədov qəzada xəsarət alaraq Ucar Rayon Mərkəzi Xəstəxanasında həyatını itirib.

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bir ailənin faciəsi ilə nəticələnən sözügedən yol-nəqliyyat hadisəsinin xüsusatlarını sürücülərin diqqətinə çatdırmaqla, bir daha onları yol hərəkəti qaydalarına qeyri-şərtsiz əməl etməyə, hərəkət zamanı diqqətli olmağa, qəfil baş verə biləcək təhlükələrdən yayınmaq üçün hərəkət zamanı qarşıda gedən nəqliyyat vasitələri ilə kifayət qədər ara məsafəsi saxlamağa çağırır".

"Unutmayaq ki, yol hərəkəti qaydalarını pozmaq, bəzən bərpası mümkün olmayan itkilərə yol açır!", - açıqlamada qeyd olunub.

OXŞAR XƏBƏRLƏR
NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir

NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir

FHN Gəncədə qanunsuz tikililəri söküb

FHN Gəncədə qanunsuz tikililəri söküb

Əhmədbəyli-Füzuli-Şuşa yolu innovativ inşaat metodologiyası nominasiyasında 1-ci olub

Əhmədbəyli-Füzuli-Şuşa yolu innovativ inşaat metodologiyası nominasiyasında 1-ci olub

XƏBƏR LENTİ
  • 11:12

    NİİM: 8 Noyabr prospektində elektrik təchizatı kəsilib, işıqforlar işləmir
  • 11:10

    Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib
  • 11:08

    Azərbaycan nefti bahalaşıb
  • 10:56

    Vahid Ələkbərovun sərvəti artıb
  • 10:51

    FHN Gəncədə qanunsuz tikililəri söküb
  • 10:42

    "Məharət-2024" kompüter dəstəkli birgə komanda-qərargah təliminin açılış mərasimi keçirilib
  • 10:41

    Frank De Bleker "Neftçi" - "Sumqayıt" matçının mübahisəli epizodlarını şərh edib
  • 10:38

    ABŞ-də "Helen" qasırğası nəticəsində ölənlərin sayı 130-u ötüb
Menyu