http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Bəzi avtobusların hərəkət intervalında gecikmələr qeydə alınıb

28 Avqust 2023 , 20:44
Bəzi avtobusların hərəkət intervalında gecikmələr qeydə alınıb

Bu gün axşam pik saatlarında küçə və prospektlərdə olan sıxlıqlarla əlaqədar marşrut xətlərində gecikmələr yaranıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) "Operativ Media"ya bildirilib ki, aşağıdakı istiqamətlər üzrə gecikmələr müşahidə edilir:

“20 Yanvar” dairəsi - Moskva prospekti - Bakı Beynəlxalq Avtovağzal Kompleksi - Bakı-Sumqayıt şosesi Sumqayıt şəhəri istiqamətində 2, 7A, 13, 14, 18, 29, 67, 83, 92, 96, 114A, 114B, 119, 135 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası 12-18 dəqiqə gecikmə müşahidə olunur.

Tbilisi prospekti – Hər iki istiqamətdə 2, 13, 65 və 79 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-17 dəqiqə gecikmə var.

3-cü mikrorayon dairəsi istiqamətində - Ceyhun Səlimov küçəsi, Rövşən Cəfərov küçəsi, Cavadxan küçəsi, Asif Məhərrəmov küçələrindən keçən 7A, 7B, 9, 61, 67, 79, 83, 85, 92, 119, 135, 165, 199 və 211 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda gecikmə 13-15 dəqiqədir.

Ziya Bünyadov prospektinin, Müzəffər Nərimanov küçəsi ilə kəsişməsindən başlayaraq köməkçi yol, eyni zamanda, M.K.Atatürk prospekti ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissə - köməkçi yolda 20 Yanvar dairəsi istiqamətində eyni zamanda əks istiqamətdə 7A, 7B, 11, 24, 67, 71, 85 və 199 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 15-18 dəqiqə gecikmə müşahidə olunur.

Akademik Həsən Əliyev küçəsi – Hər iki istiqamətdə sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 6, 13, 61 və 83 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 11-14 dəqiqə gecikmə müşahidə edilir.

Binəqədi şosesi – Binəqədi istiqamətində sıxlıq var. Bu səbəbdən də həmin ərazidən keçən 71, 79, 123, 133, 165, 179 və 202 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 9-13 dəqiqə gecikmə müşahidə olunur.

Heydər Əliyev prospekti - Şəhər istiqamətində kənar yol, eyni zamanda Şəfa stadionundan başlayaraq Koroğlu m/s istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən də həmin ərazidən keçən 1, 2, 38 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 12-17 dəqiqə gecikmə var.

Zabrat şosesi – Maştağa qəsəbəsi istiqamətində 40, 131, 163, 216, 217 və M8 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 10-14 dəqiqə gecikmə müşahidə olunur.

Koroğlu Rəhimov küçəsi – Hər iki istiqamətində sıxlıq var. Bu səbəbdən həmin ərazidən keçən 13 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 15-16 dəqiqə gecikmə qeydə alınır.

Abdulla Şaiq küçəsi - İnşaatçılar prospekti - Bakıxanov küçəsindən keçən 3, 17, 14, 37 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 13-17 dəqiqə gecikmə müşahidə olunur.

28 May küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva küçəsi, Neftçilər prospekti - Azneft dairəsi istiqamətində 5, 18, 88 və 125 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 10-18 dəqiqə gecikmə var.

Dilarə Əliyeva küçəsi hər iki istiqamətdə 1, 2, 14, 21, 30, 32, 49 və 88A nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 8-12 dəqiqə gecikmə müşahidə olunur.

Mikayıl Useyinov küçəsi – “Azneft” meydanı istiqamətində (avtobus zolağının olmasına baxmayaraq digər nəqliyyat vasitələri zolağın tələbini pozurlar) 5, 6, 53, 88, 125 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 14-21 dəqiqə gecikmə qeydə alınır.

Şeyx Şamil küçəsi, İstiqlaliyyət küçəsi, Niyazi küçələri “Azneft” dairəsi istiqamətində 6, 10, 53, 65 və 205 nömrəli müntəzəm marşrut xətlərindəki avtobuslararası intervallarda 18-21 dəqiqə gecikmə müşahidə olunur.

Şəmsi Bədəlbəyli Azadlıq prospekti istiqamətində 2, 14, 18, 52, 61, 65, 79 və 96 nömrəli müntəzəm xətlərindəki avtobuslararası intervallarda 17-21 dəqiqə gecikmə var.

Bakı Dairəvi yol şəhər istiqamətində sıxlıq yaranıb. Bu səbəbdən həmin ərazidən keçən 194, 206 və 211 nömrəli müntəzəm marşrut xəttindəki avtobuslararası intervallarda 15-21 dəqiqə gecikmə müşahidə olunur.

OXŞAR XƏBƏRLƏR
AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq edib

AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq edib

Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU

Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU

MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir

MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir

XƏBƏR LENTİ
  • 13:29

    AZAL Naxçıvana onlayn aviabilet alışında “SİMA İmza”nı tətbiq edib
  • 13:21

    Kamran Əliyev Albaniyanın Baş prokuroru Olsian Çelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
  • 13:12

    Bakıda orta aylıq nominal əməkhaqqı 7 %-dən çox artıb
  • 13:06

    "Qarabağ"ın oyunu yunan hakimlərə tapşırıldı
  • 12:56

    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
    Qərbi Azərbaycan mühacir hökumətinin yaranmasına münasibət müsbətdir - SORĞU
  • 12:44

    MÜTDA: Müəllimlər günü ilə əlaqədar pul yığılması yolverilməzdir
  • 12:27

    Hikmət Hacıyev dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüş keçirib
  • 12:23

    Mark Rutte NATO-nun baş katibi vəzifəsinin icrasına başlayıb
Menyu