http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

Evdə hazırlanan turşu hansı hallarda təhlükəli ola bilər? - AÇIQLAMA

29 Avqust 2023 , 18:30
Evdə hazırlanan turşu hansı hallarda təhlükəli ola bilər? - AÇIQLAMA

Sevilən dadlardan biri olan turşular (bəzən şoraba və ya tutma da deyirlər) ağ kələm, xiyar, sarımsaq, yerkökü, badımcan, bibər, pamidor kimi bir çox tərəvəzləri birləşdirərək qış üçün ləzzətli salat halına gətirir. 

Tərəvəzlərin bolluq təşkil etdiyi mövsümlərdə böyüklər tərəfindən evdə hazırlanan turşuların tərkibi sirkə və duzdan ibarət olur, konservant olmur, şüşə bankalarda ev şəraitində saxlanılır.
Bəs ev turşuları necə hazırlanmalıdır ki, istehlakı zamanı insan sağlamlığına zərər verməsin?

"Qabıqlı hazırlanan meyvə-tərəvəzin tumlarına diqqət etmək lazımdır. Çünki bəzi meyvələrin çəyirdəyinin tərkibindəki bəzi maddələr turşuya qoyma prosesində hər hansı kimyəvi reaksiyaya məruz qalanda və ya qırılanda onun içindəki maddə zəhər ifraz etməyə başlayır ki, bu da həmin qidaları qəbul edərkən insanlarda zəhərlənmə hallarının baş verməsinə səbəb olur".

Bunu qida mütəxəssisi Məhsəti Hüseynova "Operativ Media"ya açıqlamasında bildirib. 

Payızda bu qidalardan uzaq durmanız məsləhətdir

O, həmçinin qeyd edib ki, evdə hazırlanan konservləşdirilmiş məhsullar üçün seçilən meyvə-tərəvəz mütləq şəkildə mövsümü və yerli olmalıdır və heç bir halda xarab və yaxud əzilmiş olanından istifadə etmək olmaz:

"Konservləşdirmə üçün istifadə olunan qab xüsusilə şüşə banka olmalı, təmiz şəkildə yuyularaq steril edilməlidir. Qapaqlar daxildən qalaylanmış şəkildə və təzə olmalıdır. Həmçinin həmin tərəvəzlərdən turşu qoyularkən mütləq şəkildə onun hazırlanma prosesində iştirak edən insanın sağlamlıq durumu və əlləri gigiyenik qaydada təmiz olmalı və açıq yara olmamalıdır. Çünki bəzən belə olan hallarda qida vasitəsilə insan orqanizminə hər hansı bir bakteriya və yaxud da virus yoluxa bilər".

M.Hüseynova konservləşdirilmiş turşuların necə və hansı şəraitdə saxlanılmalı olduğu mövzusuna da toxunub:

"Evdə hazırlanma konservləri sərin, qaranlıq, quru yerdə uyğun şəkildə saxlanılmadıqda qapaqda şişmələr olur və həmin məhsulu qətiyyən istifadə etmək tövsiyə olunmur. Bəzən bu kimi məhsulların qapağını açarkən üzərində kiflənmiş möhtəviyyat olur və onu təmizləyib yenidən istifadə edirlər, bu isə birmənalı şəkildə yolverilməzdir. Əgər bankanın hər hansı bir hissəsindən məhsul kiflənibsə, bu tamamilə istifadəyə yararsız olduğunu göstərir. Həmin məhsulun tərkibində olan klostridium-botulinium adlanan maddə var ki, bu çox toksik təsirə malikdir, hətta ölümə qədər gətirib çıxardır".

Mütəxəssis bu cür qida qaynaqlı zəhərlənmələrin dərhal özünü büruzə vermədiyini bildirib: 

"Əksər hallarda 6 saatdan 24 saata qədər, bəzən 36 saata qədər bəlli olur və insanlarda zəiflik və yaxud ürəkbulanma, baş ağrısı, mədədə ağrı, qarın nahiyələrində ağrı, aşağı və yuxarı ətraflarda gücsüzlük, halsızlıq müşahidə olunur. Göz qaralması və bəzən üz nahiyyəsində gözün şişməsi kimi allergik reaksiyalar ilə özünü göstərir. Bir çox hallarda insanlar bunu qida zəhərlənməsi olaraq deyil, hər hansı alergiya və yaxud fərqli səbəblər ilə əlaqələndirirlər. Ona görə də mənşəyi bəlli olan yerdə hazırlanmış konserv məhsullarından istifadə etmək lazımdır. Mağazada sənaye üsulu ilə istehsal olunan məhsullara kimyəvi qatqı qatıldığından tərkibindəki mikrob və viruslar ölür və həmin turşulardan zəhərlənmə halı az olur. Lakin bəzən meyvə-tərəvəz satılan yerlərdə və yaxud yol kənarında satılan turşu-şoraba məhsullarının hansı şəraitdə hazırlandığı bəlli olmadığı üçün hər zaman risk mənbəyi hesab olunur".

Ekspert əlavə edib ki, xüsusilə körpə uşaqlar, xroniki xəstəliyi olanlar, hamilə və süd verən qadınlar və çox yaşlı insanlar bu cür turşu məhsullarından qəti şəkildə uzaq durmalıdırlar, çünki həmin simptomlar onlarda müşahidə olunduqda birbaşa olaraq zəhərlənmə və ölümlə nəticələnə bilər.


Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Nazirlik özəl tibb müəssisələrinə xəbərdarlıq edib

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Nazirlik peyvəndlə bağlı çağırış edib

Nazirlik peyvəndlə bağlı çağırış edib

XƏBƏR LENTİ
  • 12:47

    Türkiyə səfiri Azərbaycanı təbrik edib
  • 12:35

    Əlilliyi olan 25 min uşağa reabilitasiya xidmətləri göstərilib
  • 12:33

    Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin yeni Baş Qərargah rəisi ilə görüşüb
  • 12:31

    Bakı aeroportu payız mövsümündə 80-dən çox istiqamət təklif edir
  • 12:30

    "Avrasiya Nəqliyyat Marşrutu" Beynəlxalq Assosiasiyasının qurulması çərçivəsində protokol imzalanıb
  • 12:19

    “Pink Accessories” valyuta tənzimi qaydalarını pozduğu üçün cərimələnib
  • 12:18

    Tacikistan Dəmir Yolları: Orta Dəhliz ölkələrimiz arasında perspektivli nəqliyyat dəhlizlərindən biridir
  • 12:02

    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
    Prezident: Gənclərimiz heç kimin təsiri altına düşməməli, vədlərə aldanmamalıdırlar
Menyu