http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

FHN Zəngilanda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

30 Avqust 2023 , 14:55
FHN Zəngilanda yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzində, Zəngilan rayonunun Ağalı kəndində yerləşən “Gill MED” MMC Steril və Qeyri Steril Tibbi Vasitələrin İstehsalı Müəssisəsinin filialında, Ağalı kənd Ailə Sağlamlıq Mərkəzində, “Horadiz-Əhmədbəyli-Mincivan- Ağbənd avtomobil yolunun tikintisini icra edən “Kalyon RSY İnşaat Adi Ortaklığı Ticari İşletmesi” şirkətinin və Füzuli və Zəngilan rayonlarının ərazisində “Horadiz-Ağbənd” dəmiryolu xəttinin tikinti işlərində çalışan fəhlə və qulluqçular arasında, Ağcabədi və Bərdə Meşə Təsərrüfatı mərkəzlərinin ərazisində yerləşən obyektlərdə yanğına qarşı maarifləndirmə tədbirləri keçirib.

Bu barədə "Operativ Media" ya FHN-dən məlumat verilib.

Bildirilib ki, tədbirlərdə yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları barədə məlumat verilib və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, mövzu ilə bağlı geniş müzakirələr aparılıb, zəruri tövsiyələr verilib, suallar cavablandırılıb.

Həmçinin, Bərdə Rayon İcra Hakimiyyəti başçısının Mollalı, Şirvanlı, Kolayır və Mehdixanlı kəndləri ərazi inzibati vahidi üzrə nümayəndələrinin, bələdiyyə sədrlərinin və kənd əhalisinin iştirakı ilə keçirilən tədbirlərdə həyətyanı sahələrdə ot tayalarının yığılması zamanı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmasının, biçilmiş taxıl sahələrinin yandırılmamasının vacibliyi vurğulanıb, meşələrdə yanğından mühafizə məqsədilə şumlama işləri görülüb.

OXŞAR XƏBƏRLƏR
İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

XƏBƏR LENTİ
  • 21:29

    İranın İsrailə raket hücumlarının ikinci dalğası başlayıb - YENİLƏNİB
  • 21:17

    Təl-Əvivdə atışma nəticəsində 4 nəfər həlak olub - YENİLƏNİB
  • 21:00

    BMT Təhlükəsizlik Şurası Livandakı vəziyyətlə bağlı iclas keçirəcək
  • 20:29

    İsrail Müdafiə naziri Lloyd Ostin ilə bölgədəki vəziyyəti müzakirə edib
  • 20:23

    Qubada yük maşını aşıb
  • 20:13

    İsrail Nazirlər Kabineti təcili toplanış qərarı verib
  • 20:05

    Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb
  • 19:59

    Bakı və Sumqayıtın əksər ərazilərində qaz olmayacaq
Menyu