http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Qurban Qurbanov: "Müdafiə mövqeyinə axtarışlar var"

30 Avqust 2023 , 18:14
Qurban Qurbanov: "Müdafiə mövqeyinə axtarışlar var"

Avropa Liqasının pley-off mərhələsində sabah keçiriləcək "Qarabağ" - "Olimpiya" oyunundan əvvəl Azərbaycan təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırdı. 

"Operativ Media" xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Qrup öncəsi son oyunumuzdu. Qalib gəlsək də, ciddi olmalıyıq. Səfərdəki oyundan sonra fikirlərimi bildirmişdim. Bakıda daha ciddi olmalıyıq. Rəqibin öz oyun üslubu, özəllikləri var. Boşalmaq olmaz. Son çempionat oyunlarına da baxdıq. Məğlub olsalar da, yaxşı oynadılar. Qol epizodları çox idi, lakin şanslardan istifadə edə bilməmişdilər. Çalışacağıq, yaxşı mübarizə aparaq. Futbolçularıma inanıram.

- "Qarabağ" ən yaxşı oyunlarından birini "Olimpiya" ilə səfərdə keçirdi. Sabah buna nə mane ola bilər?

- Deyə bilmərəm. Hesaba aldanmamalıyıq. Rəqib sabah çəkinməyəcək, risk edəcək. Hesabı qorumaq üçün yox oynamayacağıq. Daha aqressiv olmalıyıq. Komandamızın istənilən komandaya qalib gəlmək potensialı var. Daha ciddi olmalıyıq. Başqa nəsə haqda düşünməməliyik. Rəqibin gücünü bilirik. İlk matçı analiz edəndə futbolçular gördülər ki, nə çətinlik çəkmişik.

-Patrik Andrade və Bədavi Hüseynov nə vaxt qayıdacaq?

- Vaxt var hələ. Onların zədələri ciddidir. Ən tezi 10 günə məşqlərə başlayacaqlar. 

- Transfer gözlənilirmi?

- Transferdə aktivik. Nəzərdə keçirdiyimiz oyunçular var. Rəqib tərəfdən bir az passivlik var. Son günə qədər çalışacağıq.

- Sabahkı oyunda qapıçı kim olacaq?

- Hələ tam heyəti müəyyənləşdirməmişəm.

- Medinanın gedişi aktualdır?

- Xeyr. Əksinə, müdafiə mövqeyinə axtarışlar var. Arxa xətti gücləndirmək haqda düşünürük.

OXŞAR XƏBƏRLƏR
Yurgen Klopp Almaniyada xüsusi mükafat aldı

Yurgen Klopp Almaniyada xüsusi mükafat aldı

PFL rəsmisi UEFA-dan təyinat aldı

PFL rəsmisi UEFA-dan təyinat aldı

Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeyi bilindi

Azərbaycan şahmatçılarının FIDE reytinqindəki mövqeyi bilindi

XƏBƏR LENTİ
  • 22:20

    Almaniya XİN: İranın İsrailə ballistik raket hücumunu pisləyirik
  • 22:14

    BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
  • 22:08

    İran raket hücumu zamanı İsrailin 20-dən çox F-35 təyyarəsini vurub
  • 22:02

    İranın hücumundan sonra İsrail hava məkanını yenidən açıb
  • 22:00

    Təl-Əvivdə atışma nəticəsində 8 nəfər həlak olub - YENİLƏNİB
  • 21:53

    İsrail ordusunun sözçüsü: İranın İsrailə qarşı kütləvi hücumunun cavabı olacaq
  • 21:50

    İran ümumilikdə İsrailə 500-ə yaxın raket zərbəsi endirib - YENİLƏNİB
    İran ümumilikdə İsrailə 500-ə yaxın raket zərbəsi endirib - YENİLƏNİB
  • 21:49

    Aviqdor Liberman: İsrail dərhal cavab verməlidir
Menyu