http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

ANAMA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

30 Avqust 2023 , 18:27
ANAMA yanında İctimai Şuranın yeni tərkibdə ilk iclası keçirilib

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yanında İctimai Şuranın yeni seçilmiş 7 nəfərdən ibarət tərkibdə ilk iclası keçirilib.

"Operativ Media" xəbər verir ki, iclas zamanı, ANAMA yanında İctimai şuranın üzvləri arasında səsvermə yolu ilə Şuraya sədr, müavin və katib seçilməsi təklif olunub. Aparılan səsverməyə əsasən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Prezidenti Umud Mirzəyev Şuranın sədri, “İnkişafa və islahatlara dəstək” İctimai Birliyinin İdarə Heyətinin üzvü Emil Həsənov Şuranın sədr müavini və “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Safixanov İctimai Şuranın katibi seçilib.

Daha sonra Agentliyin İdarə Heyətinin sədri Vüqar Süleymanov İctimai Şura üzvlərini qəbul edib, onları Şuraya üzv seçilmələri münasibətilə təbrik edərək fəaliyyətlərində uğurlar arzulayıb. Hər bir Şura üzvünün mina təhlükəsi ilə mübarizə istiqamətində müvafiq təcrübəyə malik olması, bu sahədə daha geniş fəaliyyətə müsbət töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib.

Görüşdə gələcək fəaliyyət istiqamətləri, partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə sahəsində vətəndaş cəmiyyətinin dəstəyi, digər aidiyyəti qurumların şura üzvləri ilə qarşılıqlı əməkdaşlığının genişləndirilməsi, ölkəmizdəki mina probleminin beynəlxalq təşkilatların diqqətinə çatdırılması, eləcə də minadan zərərçəkənlərə dəstək istiqamətində müzakirələr aparılıb.

Sonda İctimai Şura üzvlərinə yeni üzvlük vəsiqələri təqdim edilib.

OXŞAR XƏBƏRLƏR
İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

XƏBƏR LENTİ
  • 22:20

    Almaniya XİN: İranın İsrailə ballistik raket hücumunu pisləyirik
  • 22:14

    BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
  • 22:08

    İran raket hücumu zamanı İsrailin 20-dən çox F-35 təyyarəsini vurub
  • 22:02

    İranın hücumundan sonra İsrail hava məkanını yenidən açıb
  • 22:00

    Təl-Əvivdə atışma nəticəsində 8 nəfər həlak olub - YENİLƏNİB
  • 21:53

    İsrail ordusunun sözçüsü: İranın İsrailə qarşı kütləvi hücumunun cavabı olacaq
  • 21:50

    İran ümumilikdə İsrailə 500-ə yaxın raket zərbəsi endirib - YENİLƏNİB
    İran ümumilikdə İsrailə 500-ə yaxın raket zərbəsi endirib - YENİLƏNİB
  • 21:49

    Aviqdor Liberman: İsrail dərhal cavab verməlidir
Menyu