http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd edilib (FOTO)

30 Avqust 2023 , 21:58
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd edilib (FOTO)

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd edilib.

"Operativ Media" xəbər verir ki, Türkiyə Respublikasının Zəfər Bayramı və Türkiyə Silahlı Qüvvələri Günü münasibətilə bu ölkənin Naxçıvandakı Baş Konsulluğunun təşkilatçılığı ilə tədbir keçirilib. Əvvəlcə Azərbaycan və Türkiyənin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki qardaş ölkənin Dövlət Himnləri səsləndirilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya və digər rəsmi şəxslərin iştirak etdikləri tədbirdə əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təbrik məktubu oxunub.

Asip Kaya, Fuad Nəcəfli çıxış edərək Zəfər Bayramı münasibətilə təbriklərini çatdırıb, hər iki ölkənin dövlət başçılarının ölkələr arasındakı dostluq və qardaşlıq münasibətlərini daha yüksək səviyyədə inkişaf etdirdiyini vurğulayıblar. Bildirilib ki, “bir millət, iki dövlət” və tək yumruq müstəvisində inkişaf edən Azərbaycan-Türkiyə münasibətləri bölgədə yeni reallıqlar yaradıb.

Tədbirdə Türkiyənin şanlı zəfər tarixindən bəhs edən videoçarx nümayiş olunub. Mərasim sonra bədii hissə ilə davam edib.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

XƏBƏR LENTİ
  • 23:20

    İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib
  • 23:10

    Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
  • 23:05

    BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib
  • 22:55

    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
  • 22:20

    Almaniya XİN: İranın İsrailə ballistik raket hücumunu pisləyirik
  • 22:14

    BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
  • 22:08

    İran raket hücumu zamanı İsrailin 20-dən çox F-35 təyyarəsini vurub
  • 22:02

    İranın hücumundan sonra İsrail hava məkanını yenidən açıb
Menyu