http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Corc Dik: Azərbaycan-İsrail əməkdaşlığı geosiyasi baxımdan çox əhəmiyyətlidir

30 Avqust 2023 , 23:06
Corc Dik: Azərbaycan-İsrail əməkdaşlığı geosiyasi baxımdan çox əhəmiyyətlidir

Avqustun 30-da “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransa həsr olunmuş ziyafət təşkil edilib.

"Operativ Media" xəbər verir ki, ziyarətdə çıxış edən İsrailin ölkəmizdəki səfiri Corc Dik Azərbaycanda və İsraildə hökm sürən dini müxtəliflikdən söz açıb: "Bu, iki ölkənin oxşar cəhətlərindəndir. Qeyd edə bilərəm ki, dünyada ən böyük yəhudi icmalarından biri də Azərbaycanda yerləşir. Onlar Azərbaycanda tarix boyu sülh və əmin-amanlıq şəraitində yaşayıblar.

Səfir qeyd edib ki, dini cəhətdən Azərbaycanda gördüyüm rahatlığı Parisdə görə bilmərəm. "Son illər Azərbaycan ilə İsrail geniş əməkdaşlıq edir. Bu, geosiyasi baxımdan çox əhəmiyyətlidir", - deyə Corc Dik əlavə edib.

Çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla bildirib ki, bu gün Azərbaycanda elm bayramı hökm sürür. Buna görə israilli dostlara, həmkarlara öz təşəkkürünü bildirən rektor qeyd edib ki, bu gün keçirilən konfrans multikulturallıq baxımından çox əhəmiyyətlidir.

"Azərbaycan öz müstəqilliyini və suverenliyini qoruyur. Təəssüf ki, bu yolda itkilərimiz də olub. Onlar arasında yəhudilər də var. Yəhudi əsilli tank komandiri, Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovu qeyd edə bilərik", - deyə Kamal Abdulla bildirib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışı zamanı deyib: "Bu gün keçirilən "Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti" mövzusunda beynəlxalq elmi konfrans çox əhəmiyyətli idi. Çünki Qafqazda yəhudi irsinin öyrənilməsi vacib məsələdir".

"Azərbaycanda bütün dini konfessiyalar bərabər şəkildə fəaliyyət göstərir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində 38 qeyri-müsəlman dini icması rəsmi olaraq dövlət qeydiyyatından keçib, onlardan 8-i yəhudilərə aiddir", - deyə o vurğulayıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov ölkəmizdə olan multikultural mühitdən, Azərbaycan ilə İsrail arasında olan əməkdaşlıq əlaqələrindən söz açıb.

Ziyafətdə digər çıxış edən qonaqlar da Azərbaycan-İsrail münasibətlərin tarixi barədə fikirlərini bölüşüblər. Azərbaycanda tarix boyu bütün dinlərin nümayəndələrinin harmoniya və qardaşlıq mühitində yaşadığı, dövlətin bu sahəyə xüsusi diqqət yetirdiyi vurğulanıb. Qeyd olunub ki, İsrail-Azərbaycan münasibətləri qarşılıqlı hörmət və etimad üzərində qurulub.

Ziyafət konsert proqramı ilə davam edib.

Solistlər Əməkdar artist İlkin Əhmədov, Nisbət Sədrayeva, Gülnar Qüdrətli və Orxan Hüseynlinin ifasında muğam və xalq mahnılarımız səsləndirilib. Konsert proqramı ziyafət iştirakçıları tərəfindən maraqla qarşılanıb.

OXŞAR XƏBƏRLƏR
Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Ərdoğan Finlandiya Prezidenti Stubbı rəsmi mərasimlə qarşılayıb

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Borrell yeni baş katibin rəhbərliyi altında NATO-Aİ tərəfdaşlığını gücləndirməyə ümid edir

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

Simonyan: "Sülh sazişini Bakıda COP29 tədbiri zamanı da imzalaya bilərik"

XƏBƏR LENTİ
  • 23:20

    İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib
  • 23:10

    Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
  • 23:05

    BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib
  • 22:55

    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
  • 22:20

    Almaniya XİN: İranın İsrailə ballistik raket hücumunu pisləyirik
  • 22:14

    BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
  • 22:08

    İran raket hücumu zamanı İsrailin 20-dən çox F-35 təyyarəsini vurub
  • 22:02

    İranın hücumundan sonra İsrail hava məkanını yenidən açıb
Menyu