http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 15 ° C

Bəzi rayonlarda qaz olmayacaq

31 Avqust 2023 , 09:29
Bəzi rayonlarda qaz olmayacaq

Payız-qış mövsümünə hazırlıqla əlaqədar bir neçə rayonun qaz təchizatında fasilə yaranacaq.

SOCAR “Azəriqaz” İstehsalat Birliyindən "Operativ Media" ya verilən məlumata görə, payız-qış mövsümünə hazırlıqla əlaqədar 31 avqust saat 09:00-dan “Alabaşlı” QPS-dən qidalanan qaz kəməri üzərində, “Ağköynək” AQPS-in ərazisində, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Şəmsabad” QPS-in ərazisində yerləşən istismara yararsız siyirtmələrin yenisi ilə əvəzlənməsi, saat 09:00-dan “Əliabad” və saat 10:00-dan “Füzuli-Horadiz” ölçü qovşaqlarından qidalanan qaz kəmərlərinin kipliyə sınaq olunması, saat 10:00-dan "Azəriqaz" İB TTİ tərəfindən Sabunçu rayonu ərazisində qaz xəttinin dayaqlar üzərinə qaldırılması, eləcə də saat 11:00-dan "Qaz İxrac” İdarəsi tərəfindən “Yardımlı” QPS-də görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Samux, Qazax, Ağdaş, Zaqatala, Füzuli rayonlarının bir hissəsinin, Yardımlı rayonunun tam olaraq və Sabunçu rayonunun Bilgəh qəsəbəsinin Albalılıq massivinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

OXŞAR XƏBƏRLƏR
İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

Sosial media istifadəçiləri arasında 18-24 yaş aralığı üstünlük təşkil edir

XƏBƏR LENTİ
  • Dünən
    23:30

    XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir
    XİN: Əgər ABŞ ədalətli mövqe nümayiş etdirmək istəyirsə, Ermənistanın törətdiyi cinayətlərin araşdırılmasını tələb etməlidir
  • Dünən
    23:20

    İran İsrailə ballistik raket hücumu ilə bağlı ABŞ-a xəbərdarlıq etmədiyini bildirib
  • Dünən
    23:10

    Ağ Ev: ABŞ HDQ-nin gəmiləri İranın hücumunun dəf olunmasında iştirak edib
  • Dünən
    23:05

    BMT baş katibi Yaxın Şərq münaqişəsinin genişləndirilməsini pisləyib
  • Dünən
    22:55

    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
    Aviaşirkətlər məcburi eniş üçün Bakı aeroportuna üz tutub
  • Dünən
    22:20

    Almaniya XİN: İranın İsrailə ballistik raket hücumunu pisləyirik
  • Dünən
    22:14

    BMT Baş katibi Livanın Baş naziri ilə danışıqlar aparıb
  • Dünən
    22:08

    İran raket hücumu zamanı İsrailin 20-dən çox F-35 təyyarəsini vurub
Menyu