http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 26 ° C

Azərbaycanla "Total Energies" bərpa olunan enerji istehsalı üzrə əməkdaşlıq imkanlarını müzakirə edib - YENİLƏNİB

31 Avqust 2023 , 16:45
Azərbaycanla  "Total Energies"  bərpa olunan enerji istehsalı üzrə əməkdaşlıq imkanlarını müzakirə edib - YENİLƏNİB

İqtisadiyyat naziri və SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov  və SOCAR-ın prezidenti Rövşən Nəcəf “Total Energies” şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüblər.

Görüşdə ölkəmizin təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli iri neft-qaz layihələrinin önəmi qeyd edilib, SOCAR-la “Total Energies” arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib. Vurğulanıb ki, Azərbaycanın biznes və investisiya mühitinin əlverişliliyi, xarici şirkətlərin bu baxımdan ölkəmizə olan yüksək marağı beynəlxalq tərəfdaşlarla regional və qlobal miqyasda mühüm layihələri reallaşdırmağa imkan verir.

Qeyd olunub ki, “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi ölkəmizin istehsal imkanlarını artırmaqla yanaşı, dünya miqyasında enerji ekosistemində etibarlı tərəfdaş kimi mövqeyini gücləndirəcək.

Tərəflər neft-qaz sektorunda tərəfdaşlığın genişləndirilməsi, perspektiv layihələr, həmçinin bərpaolunan enerji istehsalı sahəsində əməkdaşlıq barədə də müzakirələr aparılıb.

***

16:30

İqtisadiyyat naziri Mikayıl Cabbarov "TotalEnergies" şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə Mikayıl Cabbarov X-də bildirib.

""Total Energies" şirkətinin baş icraçı direktoru Patrik Puyanne ilə şirkətin ölkəmizlə uğurlu tərəfdaşlığı, energetika sahəsində həyata keçirilən birgə layihələr və bərpa olunan enerji istehsalı üzrə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi apardıq", - o, qeyd edib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
  • 14:17

    Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib
  • 13:52

    Dövlət qurumları arasında velosiped sürmək yarışı - VİDEO
  • 13:04

    Özbəkistan və Türkmənistan Prezidentləri ikitərəfli əlaqələrin möhkəmləndirilməsini müzakirə ediblər
  • 12:42

    Bəzi yerlərdə leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
  • 12:14

    Yük avtomobili dərəyə yuvarlanıb, ölən var
Menyu