http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Ermənistan tərəfi təxribat üçün niyə sentyabrı seçir?

01 Sentyabr 2023 , 14:32
Ermənistan tərəfi təxribat üçün niyə sentyabrı seçir?

"Əgər Ermənistan tərəfi eskalasiyanı artırsa, 2022-ci il 12-14 sentyabr hadisələrində olduğu kimi cavabını alacaq".

Bunu "Operativ Media"ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Ədalət Verdiyev: Günün sonuna qədər düşmənin artan itkiləri barədə yeni  məlumatlar əldə edəcəyik - "İki sahil"

Ekspertin sözlərinə görə, qarşı tərəfin təxribatlarının artması gözlənilən idi:

"Hər gün rusların məsuliyyət zonalarında, həmçinin digər ərazilərdə ermənilərin təxribatını müşahidə edirdik. Sentyabrda isə bu təxribatların artacağı gözlənilirdi. Hər gün atəşkəsi pozurdular, fortifikasiya qurğuları quraşdırmağa cəhd edirdilər, mülki təyyarələrə qarşı radiodalğaların pozulmasını həyata keçirirdilər. Bu gün isə Kəlbəcər istiqamətində ordumuza qarşı zərbə PUA-larından istifadəyə cavab olaraq ordumuz Zod yaşayış məntəqəsi istiqamətinfə təsirli cavab tədbirləri görməkdədir".

Ədalət Verdiyev onu da bildirdi ki, Ermənistan tərəfinə verilən adekvat cavab onlara dərs olmalıdı. İtki sayı onların təqdim etdiyindən də çox olacaq:

"Ordumuzun 3 yaralısı olsa da, qarşı tərəf artıq 2 erməni hərbi qulluqçusunun öldüyünü, birinin isə yaralandığını təsdiq edib. Nəzərə alsaq ki, atəş davam edir, mövcud itkilərinin sayının artması istisna edilmir. Düşmənin dərinliklərdə olan ehtiyat bölmələri təxribat törədilən ərazilərə cəlb edilməkdədir. Lokal toqquşmalar Ermənistanın daxilindəki proseslərdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq məqsədi daşıyır. Bu gün təxribat törədilən ərazilərdən Azərbaycan ordusuna atəş açılırsa, həmin yerlərdə Azərbaycan bayrağı dalğalanmalı, o postlarda Azərbaycan əsgəri durmalıdır".

Ədalət Verdiyevin sözlərinə görə, təxribatların intensivləşməsinin sentyabr ayına düşməsi təsadüfi deyil:

"Biz təxribatlara hazırlıq prosesinin Ermənistan tərəfindən uzun müddətdir ki, aparıldığını deyirdik. Lakin, danışıqlar elə bir səviyyədə idi ki, Azərbaycan tərəfi öz təmkinini qoruyurdu. Erməni tərəfi 2020, 2021, 2022 və indi də 2023 cü ildə sentyabr ayında bayram ərəfəsində təxribatlarını genişləndiriblər. Hazırda baş verənlər müharibə elementləri deyil, lokal toqquşmadır. Amma, proseslər belə davam etsə, Ermənistan tərəfi eskalasiyanı davam etdirsə, 2022 ci ilin sentyabr ayının 12-14 də olduğu kimi cavablarını alacaqlar".

OXŞAR XƏBƏRLƏR
İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq

İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq

Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb

Bakıda Müstəqil Dövlətlər Birliyi ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası keçirilib

Bakıda Müstəqil Dövlətlər Birliyi ölkələrinin Hökümətlərarası Feldyeger Rabitəsinin Koordinasiya Şurasının 38-ci iclası keçirilib

XƏBƏR LENTİ
  • 12:14

    “Pearl Life” MMC gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələnib
  • 12:01

    Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb
  • 11:55

    FHN Şəmkirdə mülki müdafiə məşqi keçirib
  • 11:51

    KİV: İranın hücumu nəticəsində İsrailin mərkəzində 100 evə ziyan dəyib
  • 11:49

    İcma: ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq
  • 11:31

    İsrailin şimalında bir saat ərzində altı dəfə hava hücumu xəbərdarlığı səslənib
  • 11:29

    Kamran Əliyev Qazaxıstanın Baş prokuroru Timur Taşınbayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
  • 11:26

    Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib
Menyu