http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 25 ° C

Azərbaycanın təklifi ilə Türk Dövlətləri Təşkilatı toplandı

02 Sentyabr 2023 , 18:53
Azərbaycanın təklifi ilə Türk Dövlətləri Təşkilatı toplandı

Azərbaycan tərəfinin təşəbbüsü ilə 2 sentyabr 2023-cü il tarixində İstanbulda Türk Dövlətləri Təşkilatına (TDT) Üzv Dövlətlərin Dövlət Başçılarının Xarici Siyasət Məsələləri üzrə köməkçilərinin qeyri-rəsmi görüşü keçirilib.

"Operativ Media" xəbər verir ki, bu barədə TDT-nın mətbuat katibliyi məlumat yayıb. 

Qeyd olunub ki, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də iştirak etdiyi görüş zamanı Təşkilatın gündəliyində duran müvafiq məsələlər müzakirə olunub, üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin zəruriliyi vurğulanıb.

Bundan əlavə, tərəflər görüş zamanı regionda və onun hüdudlarından kənarda sabitliyi və sülhü təşviq etmək üçün əməkdaşlıq və birgə təşəbbüslər üçün potensial imkanlar ətrafında fikir mübadiləsi aparıb.

Hikmət Hacıyev də qeyri-rəsmi görüş barədə paylaşım edib.

“Türk Dövlətləri Təşkilatı çərçivəsində TDT Sammitlərinin baxış və strateji məqsədlərinə çatmaq üçün biz prezidentlərin köməkçiləri və diplomatik müşavirləri səviyyəsində yeni məsləhətləşmələr mexanizmini işə saldıq”, - deyə paylaşımda deyilir.

OXŞAR XƏBƏRLƏR
Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Von der Leyen İranın İsrailə raket hücumunu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

Azərbaycan XİN BƏƏ-nin Xartumdakı səfirinin iqamətgahına hücumu pisləyib

İranda 5 günlük matəm elan olunub

İranda 5 günlük matəm elan olunub

XƏBƏR LENTİ
  • 16:32

    Ədliyyə general-mayoru Tofiq Həsənov ali xüsusi rütbəsindən məhrum edilib
    Ədliyyə general-mayoru Tofiq Həsənov ali xüsusi rütbəsindən məhrum edilib
  • 16:21

    Ermənistanın ədliyyə naziri vəzifəsindən azad edilib
  • 16:20

    Bakıda 16 yaşlı yeniyetmə qətlə yetirilib, həmyaşıdı saxlanılıb
  • 16:17

    Sadır Japarov İtaliyaya səfər edib
  • 16:10

    Livan İsrailə 40 raket atıb
  • 16:08

    Ağdamda iritutumlu 4 su anbarı tikilir
  • 16:04

    Heyvanlarla rəhmsiz rəftar edənlər məsuliyyətə cəlb olunacaq
  • 16:02

    Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib
Menyu