http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Elektromobilləri şarj etməyə məntəqələr tapılmır? - FOTO

04 Sentyabr 2023 , 14:37
Elektromobilləri şarj etməyə məntəqələr tapılmır? - FOTO

Azərbaycanda son 3 ildə ölkəyə elektromobil idxalı hər ötənilki dövr üçün ardıcıl olaraq 15 faiz artıb. Elektomobillərin gömrük rüsumundan azad olması ilə tələbat artıb. Lakin say artdıqca bu avtomobillərin şarj problemi də özünü daha qabarıq şəkildə göstərir.

“Operativ Media”ya açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev bildirir ki, elektromobilləri şarj etmək artıq ciddi problemə çevrilib.

“Elektromobillərin sayının artmağı bütün dünyada baş verir. Bu artıma uyğun da infrastruktur lazımdır. Biz hər dəfə də qeyd edirik ki, ölkə olaraq biz bu məsələdə gecikirik. Sürətli şəkildə bu işə təbliğat, təşviqat kompaniyası başlamalıdır. Tək yanacaqdoldurma məntəqəsi qurmaqla bitmir. Bir çox ölkələrdə yalnız yanacaqdoldurma məntəqələrində deyil bu qurğular. Restoranlar, ticarət mərkəzləridi, parklanma yerləridir və digərlərində avtomobilin park edildiyi hər yerdə var bu qurğular qurulmalıdır”.

Ekspertin sözlərinə görə, yeni şarj məntəqələrinin qurulması üçün stimullaşdırıcı tədbirlər görülməlidir.

“Yanacaqdoldurma məntəqələri elədir ki, hər yerdə quraşdırmaq olmur. Təhlükəli olduğu üçün mütləq təhlükəsizlik qaydalarına əməl etmək lazımdır. Elektromobillərin yüklənməsi üçün isə sadəcə cərəyan olmalıdır və avadanlıq olmalıdır. Avtomobillərin dayanması üçün parkinq olan hər yerdə quraşdırmaq olar. Sadəcə təşviqat aparılmalıdır ki,restoran, iri ticarət mərkəzləri və digər parkinq yerləri bu sistemi qursun. Maddi cəhətdən də sahibkarların marağı olmalıdır ki, şarj sistemini qursun. Yanacaqdoldurma məntəqələrində hazırda sıxlığın səbəbi avtomobilin çox qurğuların az olmasıdır. Bir avtomobil minimum 2 saata şarj olur. Gün ərzində 10 avtomobil ancaq şarj edilir".

Yasin Mustafayev bildirir ki, hazırda elektromobilləri həyət evində yaşayan və qarajı olan şəxslər alır. Bina evlərində yaşayanlar və enerji doldurmağa şəraiti olmayan şəxslər isə hazırda bu avtomobillərə üstünlük vermirlər.

“Ona görə də yanacaqdoldurma məntəqələri ilə kifayətlənməmək , digər yerlərdə təmin etmək lazımdır. Bina evində yaşayıb qarajı olmayanlar çətinlik çəkir. Ona görə də bu avtomobilləri evdə şarj imkanı olan insanlar daha çox alır. Onlar güvənmir ki, hər istədiklərində rahatlıqla avtomobili şarj edə biləcəklər. Bizə də çox müraciətlər olur ki, necə edə bilərik. Kimdə şərait varsa, o alsın. Yanacaq doldurma məntəqələri bu yükü qaldıra bilmir”.

Qeyd edək ki, "Elektrikli və hibrid avtomobillər klubu" feysbuk qrupunda bir neçə elektromobilin YDM-də növbə gözləməsi ilə bağlı foto yayılıb. 

Həmin paylaşım isə ölkədə bu avtomobillər üçün yetəri qədər infrastrukturun olmamasına görə müzakirələrə səbəb olub.

OXŞAR XƏBƏRLƏR
Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib

Son Günəş tutulması başlayıb

Son Günəş tutulması başlayıb

Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur

Zaxarova: Qərbin Ermənistana pul yardımının artırılması sabitliyi pozur

XƏBƏR LENTİ
  • 22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • 21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • 21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • 21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
  • 20:57

    İran Prezidenti Qətər əmiri ilə görüşəcək
  • 20:45

    Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə məğlub oldu
  • 20:40

    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
  • 20:19

    Livan səfiri Yaxın Şərqdəki vəziyyəti üçüncü Livan-İsrail müharibəsinin başlanğıcı adlandırıb
Menyu