http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Dövlət vəsaitini talayaraq əmlaklar almaqda ittiham edilən vəzifəli şəxslər barədə cinayət işi məhkəməyə göndərilib

04 Sentyabr 2023 , 14:47
Dövlət vəsaitini talayaraq əmlaklar almaqda ittiham edilən vəzifəli şəxslər barədə cinayət işi məhkəməyə göndərilib

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Viləşçay Su Anbarının İstismarı İdarəsinin sabiq rəisləri Ağabəy Ağayev, Mahir Əliyev, baş mühasibi Əjdər Fətullayev və digər əməkdaşların qanunsuz əməlləri barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media" xəbər verir ki, bu barədə ibtidai istintaqla qeyd edilən şəxslərin qabaqcadan əlbir olaraq iş yoldaşları Sədrəddin Ağababayev və İsmayıl Əlizadənin köməkçiliyi ilə həmin İdarədə formal olaraq işçi kimi rəsmiləşdirdikləri çoxsaylı şəxslərin əmək haqqı kartlarını götürərək maddi yardım, əmək haqqı və nəqliyyat vasitələrinə ayrılan yanacaqla bağlı kartlara köçürülmüş ümumilikdə 1 milyon 830 min manatdan artıq pul vəsaitini mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib. 

Bundan başqa, Ağabəy Ağayev və Mahir Əliyevin cinayət yolu ilə əldə edilmiş pul vəsaitini özləri və qohumlarının adına müxtəlif əqdlər bağlamaqla Bakı şəhəri və Masallı rayonunda çoxsaylı daşınar və daşınmaz əmlaklar alaraq leqallaşdırmaları, eləcə də,  Ağabəy Ağayevin ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə rüşvət alması ibtidai istintaq zamanı sübuta yetirilib. 

Toplanmış sübutlar əsasında Ağabəy Ağayevə Cinayət Məcəlləsinin 179.3.2, 179.4 (külli miqdarda və xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 311.3.2-ci (təkrar rüşvət alma), Mahir Əliyev və Əjdər Fətullayevə həmin Məcəllənin 179.4, 308.2-ci,  Sədrəddin Ağababayev və İsmayıl Əlizadəyə isə qeyd olunan Məcəlləsinin 32.5, 179.4 (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəməyə kömək etmə) və digər maddələrilə ittiham elan edilib.

İş üzrə müəyyən edilmiş maddi ziyanın ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslər və onların ailə üzvlərinə məxsus daşınar və daşınmaz əmlaklar üzərinə həbs qoyulub.

Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub

Azərbaycanla Moldova arasında readmissiya haqqında Saziş Milli Məclisə daxil olub

XƏBƏR LENTİ
  • 22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • 21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • 21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • 21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
  • 20:57

    İran Prezidenti Qətər əmiri ilə görüşəcək
  • 20:45

    Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə məğlub oldu
  • 20:40

    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
  • 20:19

    Livan səfiri Yaxın Şərqdəki vəziyyəti üçüncü Livan-İsrail müharibəsinin başlanğıcı adlandırıb
Menyu