http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

"Küçə yeməkləri xəstəliklərə səbəb ola bilər"

04 Sentyabr 2023 , 15:00
"Küçə yeməkləri xəstəliklərə səbəb ola bilər"

Açıq satılan qidaların zərərləri son illərdə daha çox nəzərə çarpır. Əksər hallarda bu qidaların istehlakı qaçınılmazdır. Küçədə satılan bir çox qidanın tərkibində çılpaq gözlə görünməyəcək qədər kiçik bakteriyalar var. Həmin bakteriyalar küləkli və ya isti havanın təsiri altında tozla birləşərək asanlıqla yayılır. Buna görə də mütəxəssislər tərəfindən bu cür qidaların istifadəsi tövsiyə edilmir.

Bu barədə qida mütəxəssisi Məhsəti Hüseynova “Operativ Media”ya açıqlamasında bildirib ki, açıq şəraitdə satılan məhsullar sanitar qaydalara uyğun olmadıqda bir çox xəstəlik və viruslar orqanizmə daxil olub həzm sisteminin pozulmasına səbəb olur:

Payızda bu qidalardan uzaq durmanız məsləhətdir

“Bəzən dönər mənşəyi bəlli olmayan heyvan ətindən və yaxud qalmış ətdən hazırlanır ki, bu da soyuducuda saxlanılmaq əvəzinə istiyə məruz qalacaq şəkildə alovun yanında qalır. Hərçənd ət sağlam heyvandan olsa belə, bu cür saxlanma şəraiti onun tərkibində mikrobioloji və kimyəvi dəyişikliyinə səbəb olur. Eyni zamanda qida açıqda olduğu üçün satışı təşkil edən şəxslərin  sanitar gigiyena normalarına əməl etmədiyi təqdirdə fiziki çirklənmə baş verir və istehlakı zamanı həzm orqanlarının zədələnməsinə gətirib çıxarır. Əsasən, bağırsaq mikroflorasının pozulması ilə nəticələnir ki, həmin qidaları qəbul edən insanlarda ağırlıq, qarın boşluğunda ağrı və şişkinlik müşahidə olunur. Bəzən isə qida həzm olunmadan bağırsaqlara keçidiyinə görə ishal və ya günlərlə davam edən qəbizlik baş verir. Bu cür çöl qidalarını qəbul edən 25 yaşa qədər olan orqanizmlər hələ inkişaf prosesində olduğuna görə təhlükə faizi daha da artır, buna görə də, bu yaşdakı insanlar mütləq şəkildə keyfiyyətli, sağlam qidalar qəbul etməlidirlər”.

Azərbaycanda küçə yeməkləri ilə bağlı konsepsi...

Mütəxəssis bildirib ki, ayaqüstü yeyilən yeməklərdə dadlandırıcı kimyəvi maddələrdən istifadəsi zamanla orqanizmdə böyük fəsadlar törədir:

“İlk növbədə, el arasında Çin duzu kimi tanınan monosodium qlutomat və yaxud mononatrium qlütamatın sintetik mənşəli adını çəkmək olar. Bu maddə birbaşa olaraq asılılıq yaradır və ağızda ənənəvi dad reseptorlarını məhv edir, beləliklə, ağızda beşinci yeni dad olan ümami dadını yaradır. Bu isə insanların davamlı olaraq həmin qidaları istəməsinə və ənənəvi keyfiyyətli qidadan zövq ala bilməməsinə səbəb olur. Xüsusilə də həmin qidaları yeyən adam dərhal doyur, lakin tez bir zamanda acır, bu da zamanla piylənmə yaratmağa başlayır. Həmin qidalarla ayaqüstü qidalarla qəbul olunan qazlı rəngli və enerji içkilərinin də tərkibində monopotassium, qlutamat və yaxud monokalium qlutamat adlı sintetik mənşəli maddədən istifadə olunur ki, bunlar da mərkəzi beyin sisteminin formalaşmasının inkişafını sıradan çıxardır. Bu isə o insanlarda getdikcə yorğunluq, depressiyaya meyillik, yuxusuzluq və eyni zamanda da yaddaşın zəifləməsi, diqqət əksikliyi və alzaymerə qədər yol açır”. 

M.Hüseynova qeyd edib ki, bu cür qidalar hər kəs ala bilsin deyə, əsasən avtobus dayanacaqları və ya təhsil müəssisələrinin yaxınlığında ucuz qiymətə satılır: 

“Hər nə qədər bu cür ayaqüstü və açıq satılan yeməklər bir neçə saatlıq qarın doyursa da, təhlükəli xəstəliklərin orqanizmə ayaq açmasına şərait yaradan bir nömrəli vasitədir. Azad bazar iqtisadiyyatının sahibkarlara öz bizneslərini inkişaf etdirmə imkanı tanıması onların daha az pul ilə xammal alaraq keyfiyyətsiz məhsullardan istifadə etməyəcəklərini istisna etmir. Buna görə də  alıcı özü hər hansı bir keyfiyyətsiz, mənşəyi bəlli olmayan qidanın ilk növbədə öz orqanizminə ziyan vurduğunu dərk etməli və bu cür fiziki çirklənmə üçün münasib olan qida məhsullarından özünü qorumalıdır”.

Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Elmi göstəriciləri yüksək olan alimlərə hər ay 1000 manatadək mükafat veriləcək

Elmi göstəriciləri yüksək olan alimlərə hər ay 1000 manatadək mükafat veriləcək

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

XƏBƏR LENTİ
  • 22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • 21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • 21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • 21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
  • 20:57

    İran Prezidenti Qətər əmiri ilə görüşəcək
  • 20:45

    Konfrans Liqası: "Başakşəhər" "Rapid"ə məğlub oldu
  • 20:40

    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
    Ayxan Hacızadə Ermənistan XİN rəhbərinin əsassız çıxışına cavab verib
  • 20:19

    Livan səfiri Yaxın Şərqdəki vəziyyəti üçüncü Livan-İsrail müharibəsinin başlanğıcı adlandırıb
Menyu