http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Dövlət Məşğulluq Agentliyi İngiltərədə “Business Awards UK” müsabiqəsinin qalibi seçilib

04 Sentyabr 2023 , 17:19
Dövlət Məşğulluq Agentliyi İngiltərədə “Business Awards UK” müsabiqəsinin qalibi seçilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi İngiltərədə fəaliyyət göstərən nüfuzlu marketinq və konsaltinq şirkətinin keçirdiyi “Business Awards UK” müsabiqəsinin qalibi olub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən "Operativ Media"ya verilən məlumata görə, Agentlik 13 istiqamətdə qiymətləndirmənin aparıldığı müsabiqəyə ölkəmizin son illərin mühüm rəqəmsal sosial layihələrindən olan “Əmək və Məşğulluq” altsistemini (ƏMAS) təqdim edib.

Dövlət və özəl sektorda çalışan peşəkar münsiflərdən ibarət komissiya tərəfindən ƏMAS yüksək dəyərləndirilib və Dövlət Məşğulluq Agentliyi müsabiqənin “Rəqəmsal Transformasiya-2023” (2023-Digital Transformation Awards) kateqoriyasında “Ən Yaxşı Çevik Transformasiya” nominasiyası üzrə qalib seçilib.

2022-ci ilin may ayında istifadəyə verilən ƏMAS bundan əvvəl “IDDA Awards” müsabiqəsində “İlin Rəqəmsal Layihəsi” nominasiyasında qalib olub, habelə Beynəlxalq Telekommunikasiya İttifaqının “Çempion layihə” mükafatına layiq görülüb. Bu günlərdə isə, həmçinin BMT-nin Cənub-Cənub əməkdaşlığı platformasında uğurlu innovativ həll nümunəsi kimi də təqdim edilib.

ƏMAS əmək və məşğulluq sahəsi üzrə xidmətlərin e-qaydada təqdim edildiyi, rəqəmsal kadr uçotunun qurulduğu, insan resurslarının effektiv idarə edilməsinə və əmək bazarına e-sistem üzərindən çevik və effektiv nəzarətə imkan yaradan vahid elektron platformadır.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

XƏBƏR LENTİ
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • Dünən
    21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
Menyu