http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Bakı Hava Limanı lisenziya ilə xidmət göstərən taksilərdən istifadə olunmasını tövsiyə edir

05 Sentyabr 2023 , 11:50
Bakı Hava Limanı lisenziya ilə xidmət göstərən taksilərdən istifadə olunmasını tövsiyə edir

Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişinlərin və ziyarətçilərin təhlükəsizliyini və rahatlığını təmin etmək məqsədilə hava limanının ərazisində yalnız lisenziya ilə xidmət göstərən taksilərdən istifadə etməyi tövsiyə edir. Lisenziyasız taksi xidmətlərindən istifadə qiymətlərin şişirdilməsi, aşağı xidmət keyfiyyəti, hətta dələduzluq və ya oğurluq kimi arzuolunmaz hallara gətirib çıxara bilər.

AZAL-dan "Operativ Media"ya bildirilib ki, lisenziya ilə xidmət göstərən taksilər lazımi təhlükəsizlik standartlarına əməl edir. Sürücülər peşəkar xidmət və şəffaf tariflər təqdim edirlər. Bu, səyahət edənlərə büdcələrini planlaşdırmağa və gözlənilməz xərclərdən qaçmağa imkan verir.

Lisenziya ilə xidmət göstərən taksilər müvafiq tanınma və fərqləndirici nişan ilə seçilir, onları hava limanı terminallarının ətrafındakı nəqliyyat vasitələrində görmək mümkündür.

Xatırladaq ki, Bakı hava limanında maksimum rahatlıq üçün əlavə şərait də yaradılıb:

- Sərnişinlər və ziyarətçilərin gəliş/gediş proseslərini daha da komfortlu və çevik etmək üçün xüsusi enmə zolağı - “drop off” onların ixtiyarındadır;

- Hava limanına daxil olarkən ilk 15 dəqiqə üçün nəqliyyat vasitələrindən ödəniş tələb olunmur, bu isə sərnişinləri qarşılamaq və ya yola salmaq üçün rahatlığı təmin edir.

Qeyd edək ki, hava limanının ərazisində taksi xidməti ilə bağlı şübhə və ya problem yaranarsa, ziyarətçilər dərhal təhlükəsizlik işçilərinə müraciət edə bilərlər.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

XƏBƏR LENTİ
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • Dünən
    21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
Menyu