http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Eyni mənzilləri müxtəlif şəxslərə satmaqda təqsirləndirilən MTK sədri barəsində cinayət işi məhkəməyə göndərilib

05 Sentyabr 2023 , 12:25
Eyni mənzilləri müxtəlif şəxslərə satmaqda təqsirləndirilən MTK sədri barəsində cinayət işi məhkəməyə göndərilib

Çoxsaylı vətəndaş narazılığına səbəb olan “Hayan-E” Məhdud Məsuliyyətli Cəmiyyətinin (hazırkı adı “PROGRESS-2016” MTK) direktoru Rafiq Nəsirovun qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin istintaqı yekunlaşıb.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Operativ Media"ya bildirilib ki, aparılmış ibtidai istintaq zamanı Rafiq Nəsirovun vəzifə səlahiyyətlərindən sui-istifadə edərək rəhbərlik etdiyi Kooperativ tərəfindən Abşeron rayonunun Xırdalan şəhəri ərazisində inşa olunmuş yüksək mərtəbəli yaşayış binasında yerləşən mənzilləri saxta sənədlər əsasında təkrarən ayrı-ayrı şəxslərə satmaqla külli miqdarda pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Rafiq Nəsirova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

XƏBƏR LENTİ
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • Dünən
    21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
Menyu