http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Universitetlərin yaxınlığında kirayə evlər neçəyədir?

05 Sentyabr 2023 , 12:59
2116
Universitetlərin yaxınlığında kirayə evlər neçəyədir?

Azərbaycanda ali məktəblərdə təhsil alan tələbələrin sayı 200 mini ötüb. Dövlət Statistika Komitəsinin açıqladığı sonuncu rəqəmlərə görə, ötən il ölkədəki ali təhsil ocaqlarında 212 min tələbə oxuyub. Tələbələrin sayının artması və onların təhsil üçün paytaxta üz tutması ilə yataqxana problemi də böyüməkdədir. 
Paytaxt Bakı və Sumqayıtda olan universitetlərin yataqxanaları cəmi 2 min tələbəni yerlə təmin etmək imkanındadır. Belə olan halda tələbələr məcbur olaraq baha da olsa, kirayə mənzil axtarmalı olurlar.

''Operativ Media'' tələbələr üçün paytaxt Bakıda və Sumqayıtda kirayə qiymətlərini araşdırıb.

100 minə yaxın tələbə üçün ən rahat və universitetə piyada məsafədə sössüz ki, ''Elmlər akademiyası'' metrostansiyasının yaxınlığıdır. ''BDU'', ''AzMİU'', ''Azərbaycan Texniki Universiteti'', ''MDU Bakı filialı'', ''ADMİU'', ''İlahiyyat institutu''da təhsil alan tələbələr daha çox bu ərazidə kirayə ev tapmağa çalışırlar. Bu ərazidə istər köhnə, istərsə də yeni tikili tapmaq elə də asan deyil. Rieltorlar boş evlərin qalmadığını bildirir. Metro yaxınlığında orta təmirli köhnə tikili binada evlərin qiyməti  minimum 650 manatdan başlayır. Yeni tikili binalarda isə 750 manatdan aşağı qiymətə demək olar ki, kirayə mənzil yoxdur. Tələbə təqaüdü ilə ev kirayələmək istəyənlər gərək bir otaqda 5 nəfər qalsın.

Slavyan Universiteti, Dillər Universiteti, Dövlet Neft və Sənayi Universitetlərinin yerləşdiyi ''28 may'' metrostansiyasının yaxınlığında kirayə mənzillərin qiyməti isə köhnə tikililərdə 1 otaqlı evlər 650, 2 otaqlı 750 manatdan başlayır. Yeni tikili binalarda olan mənzilləri 800 manatdan aşağı kirayələmək mümkün deyil.

Azərbaycan Tibb Universitetinin 4 yataqxanasında 968 yer olsa da, bu tələbələrin problemini həll etmir. Universitetin yaxınlığında iki otaqlı kirayə mənzillər 650 manatdan başlayır. Yeni binalarda isə şəraitdən asılı olaraq qiymətlər 750 manatdan aşağı deyil.

Xəzər Universitetinin yerləşdiyi ərazidə isə kirayə təklif edilən mənzilləri çoxdur. ''Neftçilər'' metrostansiyasının yaxınlığında 450 manatdan başlayaraq köhnə tikili binalarda mənzil tapmaq mümkündür. Yeni tikili binalarda isə 2 otaqlı mənzillər 650 manatdan başlayaraq təklif edilir.

İqtisadiyyat Universitetinin tələbələri kirayə ev axtarırsa, bacardığı qədər universitetdən uzaq olsa yaxşıdır. Çünki burada 800 manatdan ucuz kirayə ev tapılmır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələrə də universitet yaxınlığında kirayə ev üçün gərək 1000 manatdan keçsinlər. Bu ərazidə evlər daha çox turistlər üçün günlük kirayə verildiyindən qiymətlər heç də ucuz deyil.

Sumqayıt Dövlət Universitetinin tələbələri isə 3 otaqlı ev üçün, 3 nəfər ayda 100 manat ödəməklə yeni tikili binada kirayələyə bilərlər. Sumqayıtda kirayə ev qiymətləri ortalama 300 manatdan başlayır.

Zəruri qeyd

Övladı və özü üçün kirayə ev axtaran şəxslər diqqətli olsalara yaxşı olar. Elan saytlarında ucuz qiymətə təklif edilən evlərə qarşı xüsusi olaraq ehtiyatlı olmaq vacibdir. Araşdırma aparılarkən ucuz qiymətə təklif edilən evlərin heç birinə baxmaq mümkün olmadı. Demək olar ki, bütün ucuz qiymətə təklif edilən evlərin sahibləri behsiz mənzili göstərə bilməyəcəklərini qeyd etdilər. Hər hansısa elan saytında ''Elmlər Akademiyası'' metrostansiyasında 400 manata, ''İçərişəhər'' metrostansiyasının yaxınlığında 500 manata təmirli kirayə mənzil elanı görsəniz, aldanmayın.

Tez-tez ''Operativ Media''ya bu cür dələduzluğun qurbanı olan şəxslər müraciət edirlər.

OXŞAR XƏBƏRLƏR
Elmi göstəriciləri yüksək olan alimlərə hər ay 1000 manatadək mükafat veriləcək

Elmi göstəriciləri yüksək olan alimlərə hər ay 1000 manatadək mükafat veriləcək

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

XƏBƏR LENTİ
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • Dünən
    21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
Menyu