http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Almaniyanın Düseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatının ikinci qrup oyunları keçirilib

05 Sentyabr 2023 , 13:22
Almaniyanın Düseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatının ikinci qrup oyunları keçirilib

4 sentyabr 2023-cü il tarixdə Almaniyanın Düseldorf şəhərində at polosu üzrə 14-cü Avropa Çempionatının ikinci qrup oyunları keçirilib.

Elçin Camallı, Tərlan Qurbanəliyev, Joaqin Kopello və Andres Ernesto Lorentonun təmsil olunduqları millimiz bu dəfə son Avropa Çempionu - İtaliyaya 6-1 hesabı ilə qalib gələrək onu darmadağın etdi. Çempionatın ən yaxşı oyunçusu hesab olunan komandamızın kapitanı Elçin Camallı bu dəfə 4 qolu öz aktivinə yazdırdı. Beləliklə yığmamızın göstərdiyi yüksək nəticələrlə yanaşı eyni zamanda bombardirlər siyahısında da yer aldı.

Xatırlatmaq lazımdır ki, 2018-ci ildə İtaliyanın Siena şəhərində keçirilən Avropa Çempionatında Azərbaycan millisi keçirdiyi bütün oyunlarda böyük hesabla qələbə çalmasına baxmayaraq, final oyununda ev sahibləri italyanlara 8-4 hesabı ilə məğlub olaraq qızıl medaldan məhrum olmuşdu. Həmin çempionatı 2-ciliklə bitirən millimiz üçün bugünkü qarşılaşma revanşalmaq üçün gözəl imkan idi və idmançılarımız bu imkandan məharətlə istifadə etdilər.

Beləliklə qrup mərhələsinin son turu olacaq Azərbaycan və 2-ci turda İspaniyaya 7-4,5 hesabı ilə məğlub olan İsveçrə oyununun nəticəsindən asılı olmayaraq millimiz artıq yarımfinalda oynamaq haqqını qazanıb, eləcə də qrupda 1-ci yeri artıq təmin edib. Belə ki, 6 sentyabr 2023-cü il tarixdə keçiriləcək digər oyunların nəticələrinə əsasən qrupun ikinci yeri də müəyyən olunacaqdır.

Zona "B" qrupu oyunları 5 sentyabr tarixində keçiriləcəkdir. 6 sentyabr səhər saat 10:30-da Azərbaycan və İsveçrə millilərinin oyunu baş tutacaqdır.
https://dsx.gov.az/news/1587

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

XƏBƏR LENTİ
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • Dünən
    21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
Menyu