http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 19 ° C

"Unutmayaq ki, ordu ilə bağlı hər bir görüntü düşmən üçün kəşfiyyat məlumatıdır

05 Sentyabr 2023 , 15:31
"Unutmayaq ki, ordu ilə bağlı hər bir görüntü düşmən üçün kəşfiyyat məlumatıdır

“Hərbi texnikanı, bölmələrin dislokasiyasını və şəxsi heyətlə bağlı çəkiliş edib paylaşan şəxslərə qarşı ciddi tədbirlər görülməlidir”.

Bunu “Operativ Media”ya açıqlamasında hərbi-siyasi ekspert Ramil Məmmədli bildirib.

Tovuz hadisələri zamanı da belə olmuşdu - Ramil Məmmədli - "İki sahil"

Ramil Məmmədlinin sözlərinə görə, ordu ilə bağlı bu cür məlumatların sosial şəbəkələrdə paylaşılması yolverilməzdir.

“Azərbaycan müharibə şəraitində olan ölkədir. Bu baxımdan hər birimiz, eləcə də hərbi xidmətdə olan döyüşçülərimiz bu məsələdə olduqca diqqətli olmalıdırlar. Unutmamalıdırlar ki, hər bir görüntü düşmən üçün kəşfiyyat məlumatıdır. Düşmən həmin məlumatı əldə etmək üçün çox ciddi əmək və zaman sərf etməlidir ki, şəxslər və məntəqələr haqqında məlumat əldə etsin. Bu baxımdan ilk növbədə hərbçilər diqqətli olmalıdır”.

Ekspert bildirir ki, görüntülərin yayılması ilə bağlı hər zaman problemlər yaşanıb.

“2016-cı il aprel döyüşləri, 2020-ci il Vətən Müharibəsi zamanı döyüşləri unutmamalıyıq. Bəzi hərbçilərimizin videogörüntülərinin sosial şəbəkələrdə yayılması ilə düşmən tərəfindən yerləri aşkar olunub , onlar şəhid olublar. Ciddi tədbirlər görülməlidir”.

OXŞAR XƏBƏRLƏR
Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib

Snayper tüfənglərindən praktiki atış çalışmaları yerinə yetirilib

ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO

ƏÜO-nun artilleriya bölmələri taktiki təlim keçirilib - VİDEO

İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib

İran İsrailin HHQ-nin iki bazasına və kəşfiyyatının qərargahına zərbələr endirib

XƏBƏR LENTİ
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
  • Dünən
    21:05

    Türkdilli Ölkələr Turniri: Azərbaycan millisi Türkmənistana məğlub oldu
Menyu