http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

400 avtomobili qanunsuz rəsmiləşdirən vəzifəli şəxs ifşa olunub

05 Sentyabr 2023 , 16:48
400 avtomobili qanunsuz rəsmiləşdirən vəzifəli şəxs ifşa olunub

Xəbər veridiyi kimi qanunsuz olaraq avtomobil idxalına dair Dövlət Gömrük Komitəsindən Baş Prokurorluğa daxil olmuş məlumat əsasında başlanmış cinayət işinin istintaqı davam etdirilir.

Baş Prokurorluğun Mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, cinayət işi üzrə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən istintaq-əməliyyat tədbirlərilə qeyd olunan qurumun Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin Gömrük risklərinin strateji araşdırılması şöbəsinin rəisi vəzifəsində işləyən Anar Aslanovun ayrı-ayrı şəxslərdən rüşvət qismində aldığı 55 min manat məbləğində pul vəsaiti müqabilində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında” 29.03.2023-cü il tarixli qərarının tələblərini pozmasına, yəni 2023-cü ilin iyun-avqust aylarında Gürcüstandan Azərbaycana idxal olunmuş istehsal tarixi 10 ildən artıq olan ümumilikdə 400 avtomobili qanunsuz rəsmiləşdirməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış sübutlar əsasında Anar Aslanova Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üçün əhəmiyyət kəsb edən bütün halların müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib

Mingəçevirdə avtomobil piyadanı vurub

Mingəçevirdə avtomobil piyadanı vurub

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi hərbi xidmətə qəbul elan edir

XƏBƏR LENTİ
  • 07:18

    ÇL: "Real Madrid" Fransada məğlub oldu
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
Menyu