http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

POS-terminal olmayan obyekti vətəndaş şikayət edə bilər

05 Sentyabr 2023 , 18:21
POS-terminal olmayan obyekti vətəndaş şikayət edə bilər

Bütün dünya artıq müasir dövrlə ayaqlaşmağa çalışsa da, ölkəmizdə bəzi obyektlərdə hələ də POS-terminal problemi davam edir. Hərçənd bəziləri ödənişi nağdsız şəkildə həyata keçirməkdən ötrü kartdan karta göndərmə üsuluna əl atsalar da, bu zaman da müəyyən nüanslar problemə çevrilir və hər iki tərəfin narazılığına səbəb olur.  

Bəs hansı obyektlərdə POS-terminal mütləq olmalıdır? POS-terminalın olmalı olduğu halda olmadığı obyekti vətəndaş şikayət edə bilərmi?

Hüquqşünas Şamil Paşayev “Operativ Media”ya açıqlamasında qeyd edib ki, Nazirlər Kabinetinin 219 nömrəli qərarına əsasən, ölkə ərazisində dövriyyəsindən və ərazisindən asılı olmayaraq, ƏDV ödəyicilərinin bütün təsərrüfat subyekt və obyektlərində POS-terminal olmalıdır.

O bildirib ki, POS-terminal quraşdırmadıqları təqdirdə onları yüksək maliyyə sanksiyaları gözləyir:

“Qərara görə, rüblük dövriyyəsi 2 000 manatdan artıq olan bütün vergi ödəyiciləri, həmçinin turizm, səhiyyə, istirahət, avtomobil, nəqliyyat, idman, mebel və s. hamısı POS-terminal quraşdırmağa məcburdur:

“Əgər xidmət aldığınız hər hansısa obyektdə POS-terminal yoxdursa, kartdan karta ödəniş üsulundan istifadə olunur ki, bu da tamamilə əsassız və qanunsuzdur. Buna görə vətəndaşın  həmin obyekti Vergilər Nazirliyinə şikayət etməyə tam hüququ var. POS-terminalların quraşdırılması qaydalarını pozan və nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə, vergi ödəyicisinə təqvim ili ərzində ilk dəfə yol verildikdə 1000 manat, ikinci dəfə 3000 manat məbləğində, təqvim ili ərzində belə hallar üçüncü və daha çox təkrar olduqda isə 6 000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir”.

Şamil Paşayev əlavə edib ki, POS-terminalın olmaması vətəndaşların ƏDV çekini almasına əngəl olaraq istehlakçıların hüquqlarının pozulması ilə yanaşı, eyni zamanda dövlətin qoyduğu vergidən yayınmaq dövlətin qaydalarının pozulması deməkdir.


Sevinc İbrahimzadə

OXŞAR XƏBƏRLƏR
Elmi göstəriciləri yüksək olan alimlərə hər ay 1000 manatadək mükafat veriləcək

Elmi göstəriciləri yüksək olan alimlərə hər ay 1000 manatadək mükafat veriləcək

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

Azərbaycan 2 minə qədər meyit qalığını Ermənistana qaytarıb

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

İçkili vəziyyətdə saxlanılan sürücünün hansı hüquqları var?

XƏBƏR LENTİ
  • 07:18

    ÇL: "Real Madrid" Fransada məğlub oldu
  • 00:15

    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
    İlham Əliyev Suqovuşanın işğaldan azad edilməsi ilə bağlı paylaşım edib
  • Dünən
    23:15

    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
    ​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb
  • Dünən
    22:55

    ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
  • Dünən
    22:36

    Suriyada yaşayış binasına aviazərbə endirilib
  • Dünən
    22:07

    Ukraynaya məxsus iki raket Kursk vilayəti üzərində vurulub
  • Dünən
    21:41

    HƏMAS Tel-Əvivdəki atışmaya görə məsuliyyəti üzərinə götürüb
  • Dünən
    21:16

    Bayden İrana qarşı yeni sanksiyalar elan edib
Menyu