http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sahibə Qafarova: "Laçın yolunda hər hansı blokadadan söhbət belə gedə bilməz"

05 Sentyabr 2023 , 21:39
Sahibə Qafarova: "Laçın yolunda hər hansı blokadadan söhbət belə gedə bilməz"

"Laçın yolu açıq olub və indi də açıqdır, orada hər hansı blokadadan söhbət belə gedə bilməz".

"Operativ Media" xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Laçın yolu ətrafında Ermənistanın apardığı yalan və uydurma təbliğata diqqət çəkən Milli Məclisin sədri vurğulayıb ki, Laçın yolu Azərbaycanın ərazisidir.

Spiker Sahibə Qafarova Azərbaycanın Xankəndi şəhərinə və ətraf kəndlərə humanitar yüklərin daşınması üçün Ağdam-Xankəndi yolunu təklif etdiyini, amma təəssüf ki, Ermənistanın bu yoldan istifadə etmək istəmədiyini qonağın diqqətinə çatdırıb.

Qarabağda yaşayan erməni sakinlərin Azərbaycan vətəndaşları olduqlarını bildirən Sahibə Qafarova xatırladıb ki, onların Azərbaycan cəmiyyətinə reinteqrasiyası istiqamətində lazımi addımlar atılır.

O, qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də dəfələrlə dediyi kimi, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və Azərbaycan vətəndaşları hansı hüquqlara malikdirlərsə, ermənilər də o hüquqlara malik olacaqlar.

OXŞAR XƏBƏRLƏR
Həsən Nəsrullahın dəfn mərasimi sabah keçiriləcək

Həsən Nəsrullahın dəfn mərasimi sabah keçiriləcək

Pərviz Şahbazov Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb

Pərviz Şahbazov Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb

​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb

​​​​​​​Azərbaycanın Baş naziri Əli Əsədovun Belarusa səfəri başlayıb

XƏBƏR LENTİ
  • 10:24

    ÇL: Həftənin oyunçusu adına namizədlər müəyyənləşdi
  • 10:12

    Pərviz Şahbazov Braziliyada Böyük Britaniya ilə enerji tərəfdaşlığını müzakirə edib
  • 10:07

    Həsən Nəsrullahın dəfn mərasimi sabah keçiriləcək
  • 10:02

    Qubada yerin təkindən qanunsuz istifadə edənlər aşkarlanıb
  • 09:53

    Ötən gün 13 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:50

    KİV: İsrail Hərbi Hava Qüvvələri gecə saatlarında Beyruta 20-yə yaxın zərbə endirib
  • 09:45

    Messi dubl etdi, "İnter Mayami" çempion oldu
  • 09:40

    Pərviz Şahbazov Avropa İttifaqının energetika məsələləri üzrə komissarı ilə görüşüb
Menyu