http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Mikayıl Cabbarov ICIEC-in baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

06 Sentyabr 2023 , 17:25
Mikayıl Cabbarov ICIEC-in baş icraçı direktoru ilə görüşüb - YENİLƏNİB

İqtisadiyyat naziri Mikayıl Cabbarov İxrac Kreditləri və İnvestisiyaların Sığortalanması üzrə İslam Korporasiyasının (ICIEC) Baş icraçı direktoru Ussama Kaysi ilə görüşüb.

İqtisadiyyat Nazirliyindən "Operativ Media"ya verilən məlumata görə, görüşdə Azərbaycanın İslam İnkişaf Bankı (İsDB) Qrupuna daxil olan İxrac Kreditləri və İnvestisiyaların Sığortalanması üzrə İslam Korporasiyasına (ICIEC) üzvlüyü ilə bağlı müvafiq qətnamənin qəbulundan ötən dövr ərzində əməkdaşlığın dərinləşdirilməsi istiqamətində görülmüş tədbirlər barədə məlumat verilib, Korporasiya ilə əməkdaşlığın yüksək qiymətləndirildiyi vurğulanıb.

İşğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulmasında əməkdaşlıqla bağlı təkliflər səsləndirilib.

Tərəflər ticarətin və investisiyaların təşviqi, biznes mühiti üçün sığorta alətlərinin təqdim edilməsi və birgə layihələrin reallaşdırılması, Azərbaycan üzrə inkişaf prioritetlərinin siyahısı və onların bölgüsünə dair fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, 1-4 iyun 2022-ci il tarixlərində Misir Ərəb Respublikasının Şarm Əl Şeyx şəhərində keçirilmiş İslam İnkişaf Bankının 47-ci İllik Toplantısı çərçivəsində ölkəmizin Korporasiyaya üzvlüyü ilə bağlı müvafiq qətnamə qəbul olunub. Korporasiyaya üzvlük prosedurlarına uyğun olaraq İCİEC-in Təsis Sazişi Azərbaycan Respublikasının 11 oktyabr 2022-ci il tarixli Qanunu ilə təsdiq edilib.

***

14:01

İqtisadiyyat naziri Mikayıl Cabbarov ICIEC-in baş icraçı direktoru ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə nazir özünün X hesabında bildirib:

"İnvestisiyaların və Kreditlərin İxracının Sığortası üzrə İslam Korporasiyasının baş icraçı direktoru Usama Kaysi ilə ölkəmizin ICIEC-ə üzvlüyü və ikitərəfli əməkdaşlıq çərçivəsində gündəlikdə olan məsələləri nəzərdən keçirdik".

Nazir qeyd edib ki, görüş çərçivəsində ticarətin və investisiya-ların təşviqi, biznes mühiti üçün sığorta alətlərinin təqdim edilməsi və birgə layihələrin reallaşdırılması müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

ADY sədri: Yaxın zamanlarda "Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılacaq

XƏBƏR LENTİ
  • 18:25

    İranda 3 günlük matəm elan edilib
  • 17:56

    İsrail lideri cihazların partlamasından danışıb
  • 17:12

    İranda güclü zəlzələ olub
  • 16:48

    Qəzzada ölənlərin sayı açıqlanıb
  • 16:15

    Ölkəyə payız fəsli daxil olub
  • 15:39

    Qobustanda ov tüfəngləri aşkar edilib
  • 15:10

    Azərbaycan XİN İrana başsağlığı verib
    Azərbaycan XİN İrana başsağlığı verib
  • 14:40

    İranda kömür mədənində partlayış olub - YENİLƏNİB
Menyu