http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

"Qarabağ"ın rəsmisinə Avropa Klublar Birliyində vəzifə verildi

07 Sentyabr 2023 , 12:43
"Qarabağ"ın rəsmisinə Avropa Klublar Birliyində vəzifə verildi

"Qarabağ" Futbol Klubunun İdarə Heyətinin üzvü Asif Əsgərov Avropa Klublar Birliyinin (ECA) qərarverici orqanı olan İcraiyyə Şurasına üzv seçilib.

"Operativ Media" xəbər verir ki, o, qurumun Berlində təşkil olunan Assambleyası çərçivəsində bu gün keçirilən seçkidə klubların səs çoxluğunu qazanıb. Bununla da A.Əsgərov beynəlxalq nüfuzlu futbol qurumlarının rəhbər və qərarverici orqanlarında təmsil olunan ilk azərbaycanlı olub. 

Qeyd edək ki, Avropa Klublar Birliyi özündə qitənin 500-dək klubunu birləşdirir. ECA-ın İcraiyyə Şurasında 24 nəfər təmsil olunur. Bugünkü seçkiyə qədər quruma və Şuraya PSJ-nin prezidenti, məşhur ərəb iş adamı Naser Əl-Xəlaifi rəhbərlik edir. Həmçinin Şura üzvlüyündə "Ayaks", "Atletiko", "Arsenal", "Tottenhem", "Borussiya" (Dortmund), "Bayer", "Roma", "Milan", "Fənərbaxça" kimi klubların rəhbər şəxsləri də təmsil olunub.

OXŞAR XƏBƏRLƏR
Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb

"Qarabağ" - "Malmö" oyununa satılan bilet sayı bəlli oldu

"Qarabağ" - "Malmö" oyununa satılan bilet sayı bəlli oldu

Ançelotti: “Lill” daha güclü oynadı və layiqli qələbə qazandı

Ançelotti: “Lill” daha güclü oynadı və layiqli qələbə qazandı

XƏBƏR LENTİ
  • 17:13

    Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb
  • 17:08

    COP-29 çərçivəsində TDT ekologiya nazirlərinin ilk iclasının keçirilməsi planlaşdırılır
  • 17:01

    Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub - YENİLƏNİB
  • 16:53

    Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir
  • 16:49

    İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - YENİLƏNİB
    İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - YENİLƏNİB
  • 16:47

    Ayxan Hacızadə Litvanın xarici işlər nazirinə cavab verib
    Ayxan Hacızadə Litvanın xarici işlər nazirinə cavab verib
  • 16:43

    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:40

    Narışkin: Azərbaycan və Rusiyanın xüsusi xidmət orqanları bu yaxınlarda rus diplomata qarşı təxribatın qarşısını birgə alıblar
Menyu