http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 22 ° C

İcma: Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir

07 Sentyabr 2023 , 13:54
İcma: Ermənistan Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməlidir

Ermənistanın baş naziri Nikol Paşinyanın 2023-cü il sentyabrın 7-də verdiyi açıqlamalar bir daha onu göstərir ki, rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsini imzalamaq, Azərbaycana qarşı ərazi iddiasına son vermək niyyəti yoxdur.

 "Opeativ Media" xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda deyilir:

Ermənistan yalnız sözdə Azərbaycanın ərazi bütövlüyünü tanımışdır. Ermənistanın mövqeyi əslində aşağıdakı kimidir: Ermənistan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü o halda tanıyır ki, “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi təmin edilsin”. 
Hər dəfə “beynəlxalq mexanizm” kimi utopik fikirləri təkrar etməklə Ermənistanın baş naziri faktiki olaraq Azərbaycana şərt qoyur. Tarix N.Paşinyanın 2020-ci il Tovuz döyüşlərindən sonra Azərbaycana qarşı “7 şərt”lə çıxış etməsini, onun və ölkəsinin sonrakı aqibətini yaxşı xatırlayır.
Təəssüf ki, Ermənistanın baş naziri sülh müqaviləsini imzalamamaqla yanaşı, həm də bölgədə vəziyyəti daha da kəskinləşdirir. Bir daha vurğulayırıq ki, N.Paşinyan bu günlərdə qondarma qurumun “müstəqilliyinin ildönümü”nə dair müraciəti ilə danışıqlar prosesini məhv etmişdir. 
Ermənistan öz ordusunun qalıqlarını tam olaraq Azərbaycanın suveren ərazilərindən çıxarmalı, Azərbaycanın daxili işlərinə kobud müdaxilədən əl çəkməli və Qarabağda yaşayan erməni sakinlərə dialoq təklifi ünvanlayan Azərbaycandan ibrət götürərək bizim öz dədə-baba yurdlarımıza qayıdışımızla bağlı Qərbi Azərbaycan İcması ilə təmaslara başlamalıdır.

OXŞAR XƏBƏRLƏR
COP-29 çərçivəsində TDT ekologiya nazirlərinin ilk iclasının keçirilməsi planlaşdırılır

COP-29 çərçivəsində TDT ekologiya nazirlərinin ilk iclasının keçirilməsi planlaşdırılır

Ayxan Hacızadə Litvanın xarici işlər nazirinə cavab verib

Ayxan Hacızadə Litvanın xarici işlər nazirinə cavab verib

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 17:13

    Slovakiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlanıb
  • 17:08

    COP-29 çərçivəsində TDT ekologiya nazirlərinin ilk iclasının keçirilməsi planlaşdırılır
  • 17:01

    Prezident Cəbrayılın Soltanlı kəndində damazlıq yumurta istehsalı fabrikinin təməlini qoyub - YENİLƏNİB
  • 16:53

    Azərbaycanla Özbəkistan arasında komanda-qərargah təlimi keçirilir
  • 16:49

    İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - YENİLƏNİB
    İlham Əliyev Cəbrayılda alkoqolsuz içki məhsulları istehsalı kompleksinin təməlini qoyub - YENİLƏNİB
  • 16:47

    Ayxan Hacızadə Litvanın xarici işlər nazirinə cavab verib
    Ayxan Hacızadə Litvanın xarici işlər nazirinə cavab verib
  • 16:43

    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB
    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB
  • 16:40

    Narışkin: Azərbaycan və Rusiyanın xüsusi xidmət orqanları bu yaxınlarda rus diplomata qarşı təxribatın qarşısını birgə alıblar
    Narışkin: Azərbaycan və Rusiyanın xüsusi xidmət orqanları bu yaxınlarda rus diplomata qarşı təxribatın qarşısını birgə alıblar
Menyu