http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Şəkidə birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ilə onlayn konfrans keçirilib

07 Sentyabr 2023 , 20:26
Şəkidə birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ilə onlayn konfrans keçirilib

Sentyabrın 6-da Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev məhkəmənin ərazi yurisdiksiyasına aid edilmiş birinci instansiya məhkəmələrinin sədrləri və hakimləri ilə onlayn konfrans keçirib.

“Operativ Media” xəbər verir ki, 4 avqust 2023-cü il tarixdə Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov tərəfindən "Məhkəmələrin fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın təmin edilməsi" mövzusunda apellyasiya məhkəmələri, habelə Bakı və Sumqayıt şəhərində yerləşən ixtisaslaşmış məhkəmələr və rayon (şəhər) məhkəmələrinin sədrləri ilə görüş keçirilib.

Həmin görüşün nəticəsi olaraq bu gün keçirilən onlayn konfransda Şəki Apellyasiya Məhkəməsinin sədri Nuru Quliyev Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimovun qaldırdığı məsələlərə, o cümlədən şəffaflığın təmin edilməsi, işlərə məhkəmədə baxılması zamanı süründürməçilik hallarına yol verilməməsi, kollektivdə işlərin təşkili və məhkəmə sədrlərinin vətəndaşlarla işi düzgün qurması məsələlərinə toxunub.

Sədr məhkəmə sistemində korrupsiyaya şərait yaradan hallara qarşı xüsusi qətiyyət göstəriləcəyini, vətəndaşlarda haqlı narazılıq doğuran neqativ hallar üzrə təsir tədbirlərinin davamlı olaraq həyata keçiriləcəyini diqqətə çatdırıb. Məhkəmələrdə şəffaflığın təmin edilməsi ilə bağlı məhkəmə sədrlərinin üzərinə düşən vəzifələr qeyd edilib.

Daha sonra tədbirdə 2023-cü ilin birinci yarımilliyində məhkəmənin icraatına daxil olmuş işlərin sayı, həmçinin onlara baxılmasının nəticələri barədə statistik göstəricilərin qısa təhlili aparılıb, bununla yanaşı, qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunub.

OXŞAR XƏBƏRLƏR
Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb

Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb

Bakının Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edilib

Bakının Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edilib

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - YENİLƏNİB

Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 19:24

    Ukrayna Silahlı Qüvvələri Kursk AES-ə hücum edib
  • 19:15

    Bakı metrosunda daha bir sərnişin qatar yoluna düşüb
  • 19:08

    Bakının Yusif Səfərov küçəsində velosiped zolaqları təşkil edilib
  • 19:05

    Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - YENİLƏNİB
    Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyası istifadəyə verilib - YENİLƏNİB
  • 19:05

    I Liqa: "Zaqatala", "Karvan" və "İmişli" qələbə qazandı
  • 18:50

    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB
  • 18:42

    Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək
  • 18:41

    Hərbi qulluqçuların təhsili ilə bağlı normalar təkmilləşdirilir
Menyu