http://operativmedia.az/public/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

NİİM yeni tədris ili ilə bağlı sürücələrə müraciət edib

08 Sentyabr 2023 , 09:57
NİİM yeni tədris ili ilə bağlı sürücələrə müraciət edib

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yeni tədris ili ilə bağlı sürücələrə müraciət edib.

NİİM-dən Operativ Media"ya verilən məlumata görə, dayanma və durma qaydaları pozulmamalı, nəqliyyat vasitələri ikinci cərgədə saxlanılmamalı və bununla da şagirdlərə nümunə olunmalıdır. Təcrübə göstərib ki, hər yeni tədris ili başlananda övladlarını təhsil ocaqlarına avtomobillə gətirən bir çox valideynlər və ya özü sürücü olan əksər tələbələr yol hərəkəti qaydalarına əməl etmirlər. Belə ki, şəxsi minik avtomobillərinin məktəblərin və universitetlərin yaxınlığında dayanma və durma qaydalarını pozmaqla saxlanılması, bəzi hallarda yol-nəqliyyat hadisələrinin baş verməsi sıxlığın yaranmasına səbəb olur. Bu vəziyyət ictimai nəqliyyatdan istifadə edib təhsil müəssisələrinə gələn digər hərəkət iştirakçılarının da yolda vaxt itirməsinə gətirib çıxarır. 
Qeyd olunanları nəzərə alaraq, şəxsi minik avtomobilləri ilə şagirdləri məktəblərə gətirən vətəndaşlara, eləcə də tələbələrə tövsiyə edirik ki, mümkün qədər avtomobillərini yerlatı və yerüstü dayanacaqlarda, parklanma yerlərində park etsinlər. Eyni zamanda diqqətə çatdırmaq istəyirik ki, digər yerlərdə olduğu kimi məktəblərin və universitetlərin ərtafında da dayanma və durma qaydalarının pozulması halları kameralar vasitəsilə qeydə alınacaq və qaydaları pozan şəxlər inzibati məsuliyyətə cəlb ediləcəklər. 
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün şagird və tələbələri yeni “Bilik günü” münasibəti ilə təbrik edir, onlara tədris ilində uğurlar  arzulayır. Sonda isə mövzu ilə bağlı ekspertlərin də sürücülərə müraciətini təqdim edirik.

OXŞAR XƏBƏRLƏR
Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək - YENİLƏNİB

Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək - YENİLƏNİB

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO

İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - FOTO

İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - FOTO

XƏBƏR LENTİ
  • 21:05

    AL: "Malmö" hesabı bərabərləşdirir - YENİLƏNİR
    AL: "Malmö" hesabı bərabərləşdirir - YENİLƏNİR
  • 20:53

    Rusiya ordusu Ukraynanın Uqledar şəhərini nəzarətə götürüb
  • 20:33

    Xaric edilən kursantlar müddətli həqiqi hərbi xidmətə göndəriləcək - YENİLƏNİB
  • 20:19

    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO
    Prezident Cəbrayıl şəhərində tam orta məktəbin binasının açılışında iştirak edib - YENİLƏNİB - FOTO
  • 20:15

    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
    İlham Əliyev Zəngilan İstirahət Kompleksində aparılan tikinti işləri ilə tanış olub - YENİLƏNİB - FOTO
  • 20:12

    Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - YENİLƏNİB
    Bakı metrosunda xətlər üzrə intervallar bərpa olunub - YENİLƏNİB
  • 19:50

    Azərbaycan və Belarus baş nazirləri arasında bir sıra sənədlər imzalanıb
    Azərbaycan və Belarus baş nazirləri arasında bir sıra sənədlər imzalanıb
  • 19:44

    Paşinyan Makronla Ermənistan-Azərbaycan sülh prosesini müzakirə edib
Menyu